Tərtər rayonunun Qaradağlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
21.06.2022İyunun 21-də saat 17 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində Sarov kənd sakini P.Əliyev idarə etdiyi “T-28” markalı traktorla yolu keçən kənd sakini Bayram Alquliyevi vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Tərtər RPŞ-də araşdırma aparılır.