Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Maştağa qəsəbə sakini F.Babayevin həyətindən kultivasiya yolu ilə yetişdirdiyi çətənə kolları götürülüb
25.06.2022
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş F.Babayevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 3,5 ton çəkidə 15367 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində 1,2 hektar sahədə yabanı halda bitən çətənə kolları məhv edilib
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Əliyaqublu kəndi ərazisində 1,2 hektar sahədən yabanı halda bitən 5,6 ton çəkidə 17000 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Salyan rayonunun Yolüstü kəndi ərazisində “Mercedes” markalı avtomobillə kənd sakini F.Cavadov vurulub
İyunun 25-də saat 22 radələrində Salyan rayonunun Yolüstü kəndi ərazisində Ə.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Fəxrəddin Cavadovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində “VAZ-2106” və “BMW” markalı avtomobillər toqquşub
İyunun 26-da saat 2 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Orxan Ələkbərovun idarə etdiyi “VAZ-2106” və S.Xəlilovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub. Nəticədə O.Ələkbərov, sərnişinləri Rüstəm Musazadə və Həsən Cavadov hadisə yerində ölüb, S.Xəlilov xəstəxanaya yerləşdirilib.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində “Toyota” markalı avtomobillə paytaxt sakini Z.Ağayev vurulub
İyunun 26-da saat 2 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Hasilov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Zaur Ağayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində “Toyota” markalı avtomobillə qəsəbə sakini T.Hüseynov vurulub
İyunun 25-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Tanırverdiyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini Tərlan Hüseynovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Sabirabad rayonunun Çiçəkli kəndi ərazisində “Nissan” markalı avtomobillə “T-28” markalı traktor toqquşub
İyunun 26-da saat 3 radələrində Sabirabad rayonunun Çiçəkli kəndi ərazisində kənd sakini Ş.Xankişiyevin idarə etdiyi “Nissan” markalı avtomobillə həmkəndlisi V.Məmmədovun idarə etdiyi “T-28” markalı traktor toqquşub. Nəticədə Ş.Xankişiyevin sərnişini Elsevər Quliyev hadisə yerində ölüb, özü, digər sürücü və sərnişini xəstəxanaya yerləşdiriliblər. Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Daşkəsən rayonunun Quşçu Körpü kəndi ərazisində “VAZ-2106” markalı avtomobil dərəyə aşıb
İyunun 25-də saat 18 radələrində Daşkəsən rayonunun Quşçu Körpü kəndi ərazisində R.Alıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sərnişini Vüsal Rüstəmov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Göygöl rayonunun Zurnabad kəndi ərazisində “TOFAŞ” markalı avtomobil dərəyə aşıb
İyunun 25-də saat 1 radələrində Göygöl rayonunun Zurnabad kəndi ərazisində Asif Bayramov idarə etdiyi “TOFAŞ” markalı avtomobili dərəyə aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.
Cəlilabad rayonunun Sabirabad kəndi ərazisində “Mercedes” markalı avtomobillə velosiped sürən A.Əkbərov vurulub
İyunun 25-də saat 17 radələrində Cəlilabad rayonunun Sabirabad kəndi ərazisində kənd sakini U.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə velosiped sürən həmkəndlisi Ayxan Əkbərovu vurub və nəticədə velosipedçi hadisə yerində ölüb.Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.