Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxtın Z.Bünyadov prospektində bir avtomobildən çanta oğurlamaqda şübhəli bilinən R.Quliyev müəyyən edilərək saxlanılıb
28.06.2022
Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə iyunun 27-də Z.Bünyadov prospektində “Hyundai” markalı bir avtomobildən içərisində 977 manat pul, 2 ədəd mobil telefon, sənəd və açar olan çantanın oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Quliyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Suraxanı qəsəbəsindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini P.Cəfərov saxlanılıb
Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 27-də Suraxanı qəsəbəsindəki evlərin birindən 2200 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini P.Cəfərov saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayon sakini A.Hacıyevin yaşadığı evdən narkotik vasitələr və elektron tərəzi götürülüb
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakini A.Hacıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunub. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 180 qram heroin, 80 qram metamfetamin, 83 qramdan artıq marixuana və elektron tərəzi götürülüb.
Gəncə şəhər sakini N.Abbasova məxsus mopedi oğurlamaqda şübhəli bilinən S.Hüseynov saxlanılıb
Gəncə ŞBPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində N.Abbasova məxsus mopedi oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Hüseynov saxlanılıb. Araşdırma aparılır.
Sabirabad şəhəri ərazisində yerləşən bazarda P.Əliyevanın pulqabısını oğurlamaqda şübhəli bilinən Ş.Cəbiyev saxlanılıb
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində yerləşən bazarda P.Əliyevaynın içərisində mobil telefonu, pulu və sənədi olan pulqabısını oğurlamaqda şübhəli bilinən şəhər sakini Ş.Cəbiyev saxlanılıb.
Ucar rayon sakini A.Mahmudovun həyətindən çətənə kolları aşkar olunaraq götürülüb
Ucar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çiyni kənd sakini A.Mahmudovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 67 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini Ü.Qurbanovun həyətindən çətənə kolları aşkar olunaraq götürülüb
Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qızılhacılı qəsəbə sakini Ü.Qurbanovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 23 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Şəmkir rayonunun Qaracəmirli kənd sakini Z.Rzayevin həyətindən 9 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaracəmirli kənd sakini, əvvəllər məhkum olunmuş Z.Rzayevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 9 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Yardımlı, Şəki və Şuşa rayonlarının ərazisində yabanı halda bitən çətənə kolları aşkar edilərək məhv edilib
“Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Yardımlı RPŞ-nin əməkdaşları Alar kəndi ərazisində 320 hektar sahədən 2,5 ton çəkidə 24.650 ədəd, Şəki ŞRPŞ-nin əməkdaşları şəhər ərazisində 700 kvm. sahədən 315 kiloqram çəkidə 2100 ədəd, Şuşa RPŞ və DTX-nin rayon şöbəsinin əməkdaşları Daşaltı kəndi ərazisində 0,5 hektar sahədən 1 ton 410 kiloqram çəkidə 2350 ədəd yabanı halda bitən çətənə kolları aşkar edərək məhv ediblər.
Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində “VAZ-2106” və “VAZ-21011” markalı avtomobillər toqquşub
İyunun 28-də saat 1 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində kənd sakini N.Abbasovun idarə etdiyi “VAZ-2106” və Qovlar şəhər sakini Həzrətabbas Hümbətovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə H.Hümbətov və sərnişini Aykut Atayev hadisə yerində ölüb, digər sürücü və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.