Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində “Opel” markalı avtomobillə paytaxt sakini A.Allahyarov vurulub
28.06.2022
İyunun 28-də saat 15 radələrində Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Davudov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Azənəli Allahyarovu vurub. Nətəcədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Abşeron rayonunun Məmmədli kəndi ərazisində “DAF” və “Ford” markalı avtomobillər toqquşub
İyunun 28-də saat 14 radələrində Abşeron rayonunun Məmmədli kəndi ərazisində Bakı şəhər sakini R.Əsgərovun idarə etdiyi “DAF” və Tovuz rayon sakini Elman Qəhrəmanovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub və nəticədə E.Qəhrəmanov hadisə yerində ölüb.Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Son 25 gündə 32 narkotacir tutulub, olardan 90 kiloqram narkotik maddə aşkar edilib
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 25 gün ərzində keçirilən əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə vətəndaşları narkokuryerliyə cəlb edən və onlayn yolla narkotik maddələrin satışını həyata keçirən mütəşəkkil cinayətkar dəstənin daha 32 üzvü saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 90 kiloqram narkotik vasitə və psixotrop maddə, 2815 ədəd psixotrop tərkibli həb və 75 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu aşkar edilib. Daxil olmuş məlumat əsasında Yardımlı, Masallı, eləcə də paytaxtın Qaradağ rayonlarında keçirilən əməliyyatlar zamanı Amid Ağayev, İbrahim Ələsgərov, Mais Əliquliyev və tanışı Hüseyn Məmmədov tutulublar. Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 47 kiloqram yüksək təsiredici narkotik maddə, o cümlədən 28 kiloqram heroin, 8 kiloqram metamfetamin, 7 kiloqram tiryək, 4 kiloqram marixuana, psixotrop tərkibli həblər, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri pul vəsaitləri və onlayn satış zamanı istifadə etdikləri plastik kartlar aşkar edilib. Adları çəkilən 4 nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitələri Azərbaycan ərazisində qəbul edərək satışını təşkil etməli imişlər. Onların məqsədi narkotik vasitələri satmaqla yanaşı, sosial şəbəkələrdə müxtəlif videoşantaj, narkotik vasitə istifadəçilərinə “qayğı” göstərmək və pulsuz narkotik vasitə təklif etmək yolları ilə iradəsi zəif olan şəxsləri narkokuryerliyə cəlb etmək olub. Baş İdarənin paytaxt, eləcə də Respublikanın digər bölgələrindən həyata keçirdiyi əməliyyatlar zamanı narkotik vasitələrin satışını təşkil edən daha 28 nəfər saxlanılıb. Onlardan 43 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar aşkar olunub. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 34-nün açılması təmin olunub
27.06.2022
İyunun 27-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 34-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 8-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Narkotik vasitənin təsiri altında avtobus idarə edən şəxs saxlanılıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 23-də saat 13 radələrində Bakı-Quba yolunda hərəkətdə olan avtobus nəzarət qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, Şamaxı rayon sakini Rəşad Nəcəfovun narkotik vasitənin təsiri altında olması müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsi ilə protokol tərtib olunaraq Binəqədi Rayon Polis İdarəsinə təhvil verilib. Binəqədi rayon Məhkəməsinin qərarı ilə R.Nəcəfov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətində inzibati həbs edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Quba rayonunun Hacıhüseynli kəndi ərazisində “Ford Transit” markalı avtomobil Samur-Abşeron kanalına aşıb
İyunun 27-də saat 22 radələrində Quba rayonunun Hacıhüseynli kəndi ərazisində Qımılqışlaq kənd sakini Sərxan Əlixanov idarə etdiyi “Ford Transit” markalı avtomobili Samur-Abşeron kanalına aşırıb. Nəticədə sürücü sudan çıxarılıb, sərnişini Rəvan Əmirov isə suda boğulub.
Lökbatan qəsəbəsindəki bazarda Tovuz rayon sakini T.Əhmədliyə məxsus 340 kiloqram meyvəni oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini S.Hüseynov müəyyən edilərək saxlanılıb
Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə Lökbatan qəsəbəsindəki bazarda Tovuz rayon sakini T.Əhmədliyə məxsus 340 kiloqram meyvə oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini S.Hüseynov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun iyunun 11-də həmin bazarda Abşeron rayon sakini O.Mehdiyevə məxsus 1500 manat, iyunun 27-nə keçən gecə isə Bakı şəhər sakini H.Zabidliyə məxsus 630 manat dəyərində meyvə oğurlaması da müəyyən olunub. Araşdırma aparılır.
Nərimanov rayonu ərazisində 3 avtomobildən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Quliyev saxlanılıb
Nərimanov RPİ-nin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində “Wolksvagen”, “Hyundai” və “KİA” markalı 3 avtomobildən pul, sənəd və kosmetik əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Quliyev saxlanılıb. Araşdırma aparılır.
Yasamal rayonu ərazisində 3 avtomobildən oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini Ş.Nəbiyev saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində “VAZ” markalı 3 avtomobildən pul, sənəd, maqnitofon və səsgücləndirici oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Nəbiyev saxlanılıb. Araşdırma aparılır.
Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini T.Səfərova qarşı quldurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini T.Səfərova zor tətbiq edərək mobil telefonunu və 30 manatını talamaqda və bıçaqla ayaq nahiyəsinə xəsarət yetirməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Şamaxı rayon sakini K.Əhmədov və Ağdam rayon sakini V.Kərimov saxlanılıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.