Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ağdam rayonunun Qərvənd kəndinin ərazisində 1 hektar sahədə yabanı halda bitmiş çətənə kolları məhv edilmişdir
01.06.2022
Ağdam RPŞ-nin əməkdaşları tərəfindən işğaldan azad olunmuş Qərvənd kəndinin ərazisində 1 hektar sahədə yabanı halda bitmiş 1 ton 3 kiloqram çəkidə 1503 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.
Binəqədi rayonunda narkotik maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar
Paytaxtın Binəqədi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı paytaxt sakini Raul Şərifov tutulub. Onun üzərindən ümumilikdə 50 qrama yaxın heroin və metamfetamin aşkar olunub. Polis İdarəsində aparılan əlavə araşdırmalar zamanı Raul Şərifova narkotik vasitələri satan tanışı Bakı şəhər sakini Rəşad Ələkbərov da keçirilən əməliyyat zamanı saxlanılıb. Həmin şəxsin üzərindən və yaşadığı evdən 3 kiloqrama yaxın heroin və 500 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb. Rəşad Ələkbərov ifadəsində paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib. Saxlanılan şəxslər barəsində Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Gün ərzində törədilmiş 64 cinayətin üstü “isti izlər”lə açılmışdır
31.05.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 64 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini X.İsayev müəyyən edilərək saxlanılmışdır
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə Bakı şəhər sakini Y.Əhmədovun bank hesabından 8500 manatın oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş X.İsayev müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini F.Əliyev saxlanılmış, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunmuşdur
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 26-da Balaxanı qəsəbəsindəki evlərin birindən 1100 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əliyev saxlanılmış, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunmuşdur.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Goranboy rayon sakini M.Yusifov və qardaşı avtomobillə birgə saxlanılmışlar
DİN-in “102 Zəng Mərkəzi”nə mayın 30-na keçən gecə Binəqədi qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərinin birindən Füzuli rayon sakini Ə.Allahverdiyevə məxsus “Daf” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsinin Goranboy rayon sakini M.Yusifov tərəfindən qaçırılması müəyyən olunmuşdur. Əməliyyat-axtarış tədbirləri ilə M.Yusibov və qardaşı Yevlax rayonu ərazisində avtomobillə birgə saxlanılmışlar. Araşdırma aparılır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Cəbrayıl rayon sakini Eldəniz Balakişiyev avtomobillə birgə saxlanılmışdır
DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini S.Hüseynov mayın 27-də Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisindən “Hyundai” markalı avtomobilinin qaçırılmasını bildirmişdir.Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Cəbrayıl rayon sakini Eldəniz Balakişiyev avtomobillə birgə saxlanılmışdır. Araşdırma aparılır.
Su mühərrikləri oğurlamaqda şübhəli bilinən Salyan şəhər sakini Ş.Mehdiyev saxlanılmışdır
Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan Dövlət Bayraq Meydanının ərazisindən 3 ədəd, həmçinin müxtəlif vaxtlarda 3 vətəndaşın həyətindən su mühərriklərini oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Mehdiyev saxlanılmışdır. Araşdırma aparılır.
Sabunçu rayonunda may ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və silsilə oğurluqlar edən 117 nəfər saxlanılıb
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 98 nəfər saxlanılıb. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslərdən 64-ü barəsində məhkəmə tərəfindən həbs, 34-ü haqqında isə polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib. Onlardan ümumilikdə 27 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib. Qeyd edilən dövr ərzində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Bakıxanov, Maştağa, Balaxanı, Zabrat və digər ərazilərdə yerləşən evlərdən, mağazalardan, ödəmə terminallarından silsilə oğurluqlar edən əlavə 19 nəfər saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 50-ə yaxın evdən, eləcə də obyektdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları müəyyən edilib. Qeyd edilən faktların hər biri ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılmışdır
30.05.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılmışdır.