Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Beyləqan rayonunun İmamverdilər kənd sakini V.Əsədovdan 5 kiloqramdan artıq heroin və 300 ədəd preqabalin həbi götürülüb
27.06.2022
Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan İmamverdilər kənd sakini V.Əsədovdan 5 kiloqram 430 qram heroin və 300 ədəd preqabalin həbi aşkar olunaraq götürülüb.
Metronun “28 May” stansiyasının yaxınlığında park edilmiş velosipedləri oğurlayan şəxslər saxlanılıblar
Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində metronun “28 May” stansiyasının yaxınlığında yerləşən parkinqdən silsilə velosiped oğurluqları edən şəxslər tutulublar. Tədbir zamanı Sərxan Əhmədov və Şahverdi Zeynalov saxlanılaraq məsuliyyətə cəlb olunublar. Onlar ifadələrində ayrı-ayrı vaxtlarda qeyd edilən ərazidən 5 nəfərin velosipedini oğurlayaraq satdıqlarını bildiriblər. Hadisələrlə bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırmalar aparılır. Saxlanılan şəxslərin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Sərxan Əhmədov və Şahverdi Zeynalovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki səhifələrinə məlumat verə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 48-nin açılması təmin olunub
26.06.2022
İyunun 26 -da ölkə ərazisində qeydə alınan cinayətlərdən 48-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 9-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bərdə rayon sakini Ç.Sadıqlıya dəryazla xəsarət yetirərək onu qəsdən öldürməkdə şübhəli bilinən X.Məmmədov tutularaq istintaqa təhvil verilib
Bərdə Rayon Polis Şöbəsinə iyunun 26-da saat 16 radələrində rayon sakini Çapay Sadıqlının öldürülməsi barədə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan ilkin araşdırmalarla rayon sakini X.Məmmədovun münaqişə zəminində Ç.Sadıqlıya dəryazla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Əməliyyat-axtarış tədbirləri nəticəsində X.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Liman şəhər sakini S.Novruzovu qəsdən öldürməkdə şübhəli bilinən şəhər sakini Q.Səlimov tutularaq istintaqa təhvil verilib
Lənkəran Şəhər Rayon Polis Şöbəsinə iyunun 26-da saat 16 radələrində Liman şəhəri ərazisində şəhər sakini Samir Novruzovun öldürülməsi barədə məlumat daxil olub.Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan ilkin araşdırmalarla şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Səlimovun münaqişə zəminində S.Novruzova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Səlimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Binə qəsəbə sakini Ə.Əlizadənin nəvəsinə hədə-qorxu gələrək qızıl-zinət əşyaları almaqda şübhəli bilinən qəsəbə sakini A.Sultanov saxlanılıb
Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini Ə.Əlizadə cari il mayın 5-də bir nəfərin onun nəvəsinə hədə-qorxu gələrək qızıl-zinət əşyaları almasını bildirib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən qəsəbə sakini A.Sultanov müəyyən edilərək saxlanılıb.Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Xəzər rayonunun Binə qəsəbəsindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri S.Tahirova və Z.Eynullazadə saxlanılıblar
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 20-dən 25-dək olan müddətdə Binə qəsəbəsindəki evlərin birindən 1400 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri S.Tahirova və Z.Eynullazadə müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.
Cəlilabad rayon sakini S.Kərimovdan heroin və metamfetamin aşkar edilərək götürülüb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Cəlilabad rayon sakini S.Kərimovdan 90 qrama yaxın heroin və 11 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.
Saatlı rayon sakini M.Babayevanın bank hesabından 390 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Səmədov saxlanılıb
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə iyunun 10-da Saatlı rayon sakini M.Babayevanın bank hesabından 390 manatının oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Səmədov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini A.Cumayevin bank hesabından 800 manatını oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini V.Hüseynov saxlanılıb
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə iyunun 22-də Bakı şəhər sakini A.Cumayevin bank hesabından 800 manatının oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş V.Hüseynov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.