Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İki il əvvəl törədilmiş qətlin üstü açılıb
30.05.2022
2020-ci il mart ayının 28-də İsmayıllı rayonunun Tubukənd kəndi ərazisindən kişi meyiti tapılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri ilə mərhumun Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rəşad Məmmədov olması məlum olmuşdur. Araşdırmalarla Sabirabad rayon sakini Ümidvar İbişov və Xocalı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Əliyevin narkotik asılılığından əziyyət çəkən tanışları R.Məmmədovu xəstəxanaya yerləşdirmək adı ilə “Hyundai” markalı avtomobildə Qaradağ rayonu ərazisinə aparmaları, orada avtomobilin salonunda Ü.İbişovun onu boğaraq öldürməsi və cinayəti gizlətmək məqsədilə cəsədi İsmayıllı rayonunun Tubukənd kəndinə aparıb üstünə yanacaq tökərək yandırmalarına əsaslı şübhələr müəyyən edilmişdir. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Ü.İbişov və E.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişlər.
“Gənclər şəhərciyi” yaşayış kompleksinin həyətində Rəqsanə Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinən əri şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir
Abşeron Rayon Polis İdarəsinə mayın 30-da saat 23 radələrində “Gənclər şəhərciyi” yaşayış kompleksinin həyətində 26 yaşlı Rəqsanə Məmmədovanın öldürülməsi barədə məlumat daxil olmuşdur. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Aparılmış ilkin araşdırmalarla həyat yoldaşı R.Məmmədovun ailə münaqişəsi zəminində qadına bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Əməliyyat tədbirləri nəticəsində R.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Oğurluq etməkdə şübhəli bilinən Maştağa qəsəbə sakini R.Şahbazov müəyyən edilərək saxlanılmışdır
Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə mayın 28-də Maştağa qəsəbəsindəki evlərin birindən 15.000 manat dəyərində 3 ədəd noutbuk, 3 ədəd domafon, 2 ədəd televizor, videokamera və avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlqəli cinayətlərə görə məhkum olunmuş R.Şahbazov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini Ş.Hətəmovdan “F-1” qumbarası aşkar edilərək götürülmüşdür
Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Hətəmovdan “F-1” qumbarası aşkar edilərək götürülmüşdür.
Biləsuvar rayonunun Əsgərabad kənd sakini T.Qəhrəmanovdan qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür
Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən Əsgərabad kənd sakini T.Qəhrəmanovdan qanunsuz saxladığı nömrəsi silinmiş “İJ-17” markalı ov tüfəngi götürülmüşdür.
Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Mayın 30-da saat 23 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində Cəbrayıl rayon sakini H.Abbasov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Səməd Abbasovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Suraxanı rayonunun Yeni Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Mayın 30-da saat 8 radələrində Suraxanı rayonunun Yeni Ramana qəsəbəsi ərazisində Bərdə rayon sakini N.Əlizadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Nizami Rəsulovu vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Xızı rayonunun Məşədihəsən kəndində yol-nəqliyyat hadisəsi
Mayın 30-da saat 18 radələrində Xızı rayonunun Məşədihəsən kəndində Altıağac qəsəbə sakini İbrahim Həsənovun idarə etdiyi “Tufan” markalı motosikletlə Bakı şəhər sakini A.Saydullayevin idarə etdiyi “Mitsubishi” və Xaçmaz rayon sakini T.Zülfüqarovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşmuşdur. Nəticədə motosikletçi hadisə yerində ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Mayın 30-da saat 20 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini N.Abdullayev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Kəlbəcər rayon sakini Roman Abdullayevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılmışdır
29.05.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılmışdır.