Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nizami rayonu Babək prospektində “Mercedes” markalı avtomobillə 40-45 yaşlı kişi vurulub
30.06.2022
İyulun 1-də saat 2 radələrində Nizami rayonu Babək prospektində Ağdaş rayon sakini B.Salamov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Piyada xəstəxanaya yerləşdirilib və orada ölüb. Nizami Rayon Polis İdarəsi tərəfindən yol-nəqliyyat hadisəsini törədən sürücünün müəyyən edilib tutulması üçün əməliyyat tədbirləri aparılır.
Narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib, 39 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyatlar həyata keçirilib. Tədirlər zamanı Hüseyn Qasımov, Mikayıl Qafarov, Seyfəddin Rəhimov, İsmayıl Qacayev və Ramik Məmmədov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şühbəli bilindikləri üçün saxlanılıblar. Onlardan ümumilikdə 39 kiloqram narkotik vasitə heroin, tiryək, marixuana, 500 ədəd metadon həbi və 365 ədəd xüsusi qulluq edilərək yetişdirdikləri çətənə kolu aşkar edilərək götürülüb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslərin hər biri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 75-nin açılması təmin olunub
29.06.2022
İyunun 29-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 75-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 16-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakini H.Şükürovu döyüb bıçaqla hədələyərək 80 manatını və mobil telefonunu talamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə iyunun 26-da saat 2 radələrində S.S.Axundov küçəsində 3 nəfərin Bakı şəhər sakini H.Şükürovu döyüb bıçaqla hədələyərək 80 manatını və mobil telefonunu talamaları barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Saatlı rayon sakinləri F.Yarıyev, M.İmanov və Şirvan şəhər sakini İ.Eldar oğlu müəyyən edilərək saxlanılıblar.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Nərimanov rayonu ərazisində Bakı şəhər sakini S.Məmmədliyə qarşı quldurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Şərifov saxlanılıb
Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə iyunun 29-da saat 3 radələrində rayon ərazisində bir nəfərin “Opel” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini S.Məmmədlini bıçaqla hədələyib avtomobilini ələ keçirərək hadisə yerindən uzaqlaşması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qısa müddətdə tapılıb və salonundan sürücüyə məxsus mobil telefonun götürülməsi aşkar olunub. Quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Şərifov müəyyən edilərək saxlanılıb.Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Bakı şəhər sakini G.Musazadənin çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Kərimov saxlanılıb
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə iyunun 30-da Bakı şəhər sakini G.Musazadənin içərisində bank kartları, sənədlər və kosmetik əşyaları olan çantasının soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Kərimov müəyyən edilərək saxlanılıb. Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Oğurluq etdiyinə görə tutulan N.Qurbanovun bir neçə digər oğurluq faktlarını da törətməsi müəyyən olunub
Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulan N.Qurbanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha 4 evdən və həyətyanı sahədən ümumilikdə 2170 manat pul, qol saatı, gümüş boyunbağı və 4 ədəd mobil telefon, habelə B.Yaqubluya məxsus “VAZ-2107” markalı avtomobildən 2 ədəd təkər oğurlaması da müəyyən olunub.
Qaradağ rayonunun Sahil qəsəbəsində 3 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən M.Əliyev saxlanılıb
Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda Sahil qəsəbəsində 3 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Əliyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsindəki çay evlərindən birinin həyətindən 14 ədəd çətənə kolu götürülüb
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində H.Z.Tağıyev qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Tağıyevə məxsus çay evinin həyətindən kultivasiya yolu ilə yetişdirilən 14 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Gəncə şəhər sakini R.Abbasovun evindən silah-sursat aşkar edilərək götürülüb
Gəncə ŞBPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abbasovun evinə baxış zamanı oradan 1 ədəd “F-1” qumbarası, 1 ədəd “UZRQM” qumbara alışdırıcısı, 59 ədəd patron və 2 ədəd avtomat patron darağı aşkar edilərək götürülüb.