Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhər sakini T.Əliyevin idarə etdiyi avtomobildən 6 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb
29.06.2022
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Əliyevin idarə etdiyi “Dacia” markalı avtomobilə baxış zamanı ona və sərnişini E.Süleymanova məxsus 6 kiloqram 20 qram heroin aşkar edilərək götürülüb.
Şabran şəhər sakini M.Əliyevin həyətindən 23 ədəd çətənə kolu və 31 qrama yaxın marixuana götürülüb
Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, 16 yaşlı A.Əliyevdən marixuana aşkar edilib. Polis əməkdaşları tərəfindən onun marixuananı əmisi M.Əliyevin evindən götürməsi müəyyən olunub. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə M.Əliyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 23 ədəd çətənə kolu, oradakı yardımçı təsərrüfatdan isə 31 qrama yaxın marixuana götürülüb.
Ağstafa, Qax və Zaqatala rayonlarının ərazisində yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib
“Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Ağstafa rayonu ərazisində 1 ton 120 kiloqram çəkidə 2800 ədəd, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Qax rayonu ərazisində dəmir yolu xəttinin yaxınlığında 2 ton 158 kiloqram çəkidə 3130 ədəd, Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən Fındıqlı kəndi ərazisində 1,5 hektar sahədə 3 ton 860 kiloqram çəkidə 4050 ədəd yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib.
Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində "Hyundai" və “VAZ-2107” markalı avtomobillər toqquşub
İyunun 29-da saat 13 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində rayon sakinləri E.Qasımovun idarə etdiyi “Hyundai” və R.Əliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə R.Əliyevin sərnişini Dünyamalı Məmmədov hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Goranboy rayonunun Borsunlu kəndi ərazisində “Mercedes” markalı avtomobillə Yexlax rayon sakini K.Kərimov vurulub
İyunun 28-də saat 23 radələrində Goranboy rayonunun Borsunlu kəndi ərazisində rayon sakini V.Nəbiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə Yexlax rayon sakini K.Kərimovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən K.Kərimov ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Abşeron rayonunda quldurluq edən iki nəfər saxlanılıb
Abşeron rayonu ərazisində vətəndaşa qarşı quldurluq edilib. Naməlum şəxslər vətəndaşa kəsici alətlə xəsarət yetirərək pulunu və mobil telefonunu quldurluq yolu ilə əlindən alıblar. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Vəli Kərimov və Kənan Əhmədov tutularaq istintaqa təqdim edilib. Onlar ifadələrində etdikləri hadisəni etiraf ediblər. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Vəli Kərimov və Kənan Əhmədovun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki səhifələrinə məlumat verə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 54-nün açılması təmin olunub
28.06.2022
İyunun 28-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 54-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 6-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Lənkəran rayon sakini F.Məmmədov avtomobili sürücülük hüququ olmadan və narkotik vasitənin təsiri altında idarə etdiyinə görə saxlanılıb
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən iyunun 24-də saat 17 radələrində Masallı rayonunun Sərçivar kəndi ərazisində “KamAZ” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən yoxlama zamanı sürücü, Lənkəran rayon sakini Fariz Məmmədovun avtomobili sürücülük hüququ olmadan və narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilib. O, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub. Məhkəmənin qərarı ilə F.Məmmədov inzibati qaydada həbs olunub.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Binəqədi rayonu ərazisindəki bir mağazadan oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Qurbanov saxlanılıb
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki bir mağazadan 570 manat pul, bir evdən 1000 ABŞ dolları və 1300 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Qurbanov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini G.Quliyevanın bank hesabından 520 manatını çıxararaq oğurlamaqda şübhəli bilinən E.Dadaşov müəyyən edilərək saxlanılıb
Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Quliyeva bank hesabından 520 manatının çıxarılaraq oğurlanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Dadaşov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.