Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhər sakini G.Nəbiyevanın bank hesabından 1030 manatını çıxarılaraq oğurlamaqda şübhəli bilinən paytaxt sakini V.Məmmədov saxlanılıb
30.06.2022
Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə iyunun 30-da Bakı şəhər sakini G.Nəbiyevanın bank hesabından 1030 manatının çıxarılaraq oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini V.Məmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini S.Bayramlının bank hesabından 1098 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Əskərova saxlanılıb
Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə iyunun 16-da Bakı şəhər sakini S.Bayramlının bank hesabından 1098 manatının oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Əskərova müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Gəncə şəhər sakini Ə.Rəcəbovun bank hesabından 369 manatını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini C.Əsgərov saxlanılıb
Gəncə ŞBPİ-nin 4-cü Polis Bölməsinə iyunun 24-də şəhər sakini Ə.Rəcəbovun bank hesabından 369 manatının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əsgərov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində paytaxt sakini K.Abdullayevanın cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Quliyev saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində paytaxt sakini K.Abdullayevanın çantasından içərisində 235 manatı, balansında 257 manatı olan bank kartı və digər kartlar olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Quliyev saxlanılıb. Araşdırma aparılır.
Saatlı rayon sakini R.Qubadova qarşı quldurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edən Saatlı rayon sakini R.Qubadov Binəqədi qəsəbəsi ərazisində 3 nəfərin onun oğlunu bıçaqla hədələyib mobil telefonunu talamalarını bildirib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini M.İmanov, Saatlı rayon sakinləri F.Yarıyev və İ.Eldar oğlu müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.
Yasamal rayonu ərazisində saxlanılan F.Həsənovdan 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan F.Həsənovdan 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.
Ağdaş rayon sakini K.Umarovun “Niva” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Ağdaş Rayon Polis Şöbəsinə iyunun 28-də rayon sakini K.Umarovun “Niva” markalı avtomobilinin Dəhnəxəlil kəndi ərazisindən qaçırılması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən kənd sakini E.Hümmətov və Ağdaş şəhər sakini T.Muradov müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.
Şəmkir, Qusar, Tovuz, Qax, Goranboy və Quba rayonlarının ərazilərində yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib
“Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən Çinarlı kəndi ərazisində 30 sot sahədən 2 ton 720 kiloqram çəkidə 1210 ədəd, Qusar RPŞ-nin əməkdaşları tərəfindən Zindan Muruq kəndi ərazisində 1 hektar sahədən 1,5 ton çəkidə 724 ədəd, Tovuz RPŞ-nin əməkdaşları tərəfindən Dondar Quşçu kəndi ərazisindən 260 kiloqram çəkidə 195 ədəd, Qax RPŞ-nin əməkdaşları tərəfindən Qum kəndi ərazisindən 1,5 ton çəkidə 3260 ədəd, Goranboy RPŞ-nin əməkdaşları tərəfindən Eyvazlılar kəndi ərazisindən 2,5 ton çəkidə 4600 ədəd, Quba RPŞ-nin əməkdaşları tərəfindən Xanəgah kəndi ərazisində 2 hektar sahədən 3 ton çəkidə 4200 ədəd yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib.
Xızı rayonunun Giləzi qəsəbə sakini İ.Rəhimovun həyətindən 57 ədəd çətənə kolu götürülüb
Xızı RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Giləzi qəsəbə sakini İ.Rəhimovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 57 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Sabirabad şəhərində “VAZ-2107” markalı avtomobil yolun kənarındakı dirəyə çırpılıb
İyunun 30-da saat 22 radələrində Sabirabad şəhərində Kürkəndi kənd sakini R.Quliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı dirəyə vurub. Nəticədə avtomlobildə olan 2 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri ölüb, digərinin vəziyyəti orta-ağırdır.Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.