DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib, 39 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb 

30.06.2022

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyatlar həyata keçirilib. Tədirlər zamanı Hüseyn Qasımov, Mikayıl Qafarov, Seyfəddin Rəhimov, İsmayıl Qacayev və Ramik Məmmədov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şühbəli bilindikləri üçün saxlanılıblar. Onlardan ümumilikdə 39  kiloqram narkotik vasitə heroin, tiryək, marixuana, 500 ədəd metadon həbi və  365 ədəd xüsusi qulluq edilərək yetişdirdikləri çətənə kolu aşkar edilərək götürülüb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. 
Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslərin hər biri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

30.06.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 53-nün açılması təmin olunub 30.06.2022
  • Bakı şəhər sakini G.Nəbiyevanın bank hesabından 1030 manatını çıxarılaraq oğurlamaqda şübhəli bilinən paytaxt sakini V.Məmmədov saxlanılıb 30.06.2022
  • Bakı şəhər sakini S.Bayramlının bank hesabından 1098 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Əskərova saxlanılıb 30.06.2022
  • Gəncə şəhər sakini Ə.Rəcəbovun bank hesabından 369 manatını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini C.Əsgərov saxlanılıb 30.06.2022
  • Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində paytaxt sakini K.Abdullayevanın cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Quliyev saxlanılıb 30.06.2022
  • Saatlı rayon sakini R.Qubadova qarşı quldurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar 30.06.2022
  • Yasamal rayonu ərazisində saxlanılan F.Həsənovdan 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb 30.06.2022
  • Ağdaş rayon sakini K.Umarovun “Niva” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar 30.06.2022
  • Şəmkir, Qusar, Tovuz, Qax, Goranboy və Quba rayonlarının ərazilərində yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib 30.06.2022
  • Xızı rayonunun Giləzi qəsəbə sakini İ.Rəhimovun həyətindən 57 ədəd çətənə kolu götürülüb 30.06.2022
  • Sabirabad şəhərində “VAZ-2107” markalı avtomobil yolun kənarındakı dirəyə çırpılıb 30.06.2022
  • Nizami rayonu Babək prospektində “Mercedes” markalı avtomobillə 40-45 yaşlı kişi vurulub 30.06.2022
  • Narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib, 39 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb  30.06.2022