Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülmüşdür
03.06.2022
Baş Narkotiklərlə Mübarizə İdarəsi və Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ərəbqardaşbəyli kəndi ərazisində kənd sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş V.Məmmədov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 327 ədəd, S.Məmmədova məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 73 ədəd çətənə kolları aşkar edilərək götürülmüşdür. Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.Əhmədzadəyə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 15 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Yasamal rayonunda ötən ay keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 45 nəfər saxlanılıb
Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən may ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 45 nəfər tutulub. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxslərdən 40 nəfəri barəsində məhkəmə tərəfindən həbs, 5-i haqqında isə polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib. Onlardan ümumilikdə 30 kiloqram 500 qram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən üçü rayon ərazisində yaşadığı evdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxana təşkil edib.Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
Gün ərzində törədilmiş 73 cinayətin üstü “isti izlər”lə açılmışdır
02.06.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 73 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Quba şəhərində yol-nəqliyyat hadisəsi
İyunun 1-də saat 16 radələrində Quba şəhərində Qəçrəş kənd sakini Ə.Balakişiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Səlahəddin Süleymanlını vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Quba RPŞ-də araşdırma aparılır.
Quldurluq etməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini R.Əsədov saxlanılmışdır
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə iyunun 1-də saat 4 radələrində Moskva prospektində bir nəfərin Bakı şəhər sakini Ə.Osmanovu bıçaqla hədələyib mobil telefonunu alması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini R.Əsədov saxlanılmışdır.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinənlər Bakı şəhər sakini E.İbrahimov və Qazax rayon sakini E.Alıyev saxlanılmışlar
Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də rayon ərazisində “Mercedes” markalı bir avtomobildən 2650 manat dəyərində mobil telefon və qol saatı oğurlamaqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini E.İbrahimov və Qazax rayon sakini E.Alıyev saxlanılmışlar.
Dəyəri 3600 manat olan mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Qiyasov saxlanılmışdır
Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 1-nə keçən gecə M.Məhərrəmova məxsus 3600 manat dəyərində “Tufan” markalı mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Qiyasov saxlanılmışdır.
Qəbələ rayon sakini M.Hidayətovdan ov tüfəngi götürülmüşdür
Oğuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qəbələ rayon sakini M.Hidayətovdan müvafiq sənədləri olan “İJ-16” markalı ov tüfəngi götürülmüşdür.
Kultivasiya yolu ilə yetişdirilmiş 1233 ədəd çətənə kolu və 75 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaracəlli kəndi ərazisində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ş.Mahmudzadə və F.Abdiyev tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 1233 ədəd çətənə kolu və 75 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.
Şirvan rayonunun Hacıqəhrəmanlı qəsəbə sakini Ə.Abbasovdan qanunsuz saxladığı ov tüfəngi, 9 ədəd patron, habelə kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqəhrəmanlı qəsəbə sakini Ə.Abbasova məxsus istixanaya baxış zamanı oradan qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi, 9 ədəd patron, habelə kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.