Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış paytaxt sakini Nazim Nağıyev yerləşdirildiyi xəstəxanda ölmüşdür
04.06.2022
İyunun 3-də saat 23 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini E.Rüstəmov idarə etdiyi “Land Rover” markalı avtomobillə yolu keçən paytaxt sakini Nazim Nağıyevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyunun 4-də saat 10 radələrində Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində Saatlı rayon sakini Mejdun Axundovun idarə etdiyi “VAZ-2106” və İmişli rayon sakini Ş.Əliyevin idarə etdiyi “MAN” markalı yük avtomobili toqquşmuşdur. Nəticədə M.Axundov xəsarətlə xəsətəxanaya aparılarkən yolda ölmüşdür.Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nərimanov rayonunda ticarət mərkəzinin dayanacağından velosiped oğurlayan şəxs saxlanılıb
Nərimanov rayonunda yerləşən iri ticarət mərkəzlərindən birinin dayanacağından dəyəri 450 manat olan velosiped oğurlanıb. Oğurluğun baş vermə anları ərazinin kameraları vasitəsi ilə də anbaan görüntülənib. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nicat Cəfərov saxlanılıb. O, ifadəsində oğurladığı velosipedi satdığını bildirib. Faktla bağlı 17-ci Polis Şöbəsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Nicat Cəfərovun Nərimanov və ya paytaxt ərazisində digər analoji cinayətlər törədib-törətmədiyi aparılan araşdırrmalardan sonra məlum olacaq.
Özünü ölmüş kimi qələmə verən “Kaspian İnşaat MB” MTK-nın direktoru R.Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılmışdır
2021-ci il noyabrın 25-də Sabirabad rayonunun Ətcələr kəndi ərazisində Sarvan kənd sakini Rafət Qəniyevə məxsus “KİA” markalı avtomobilinin yanması və onun tam yanmış meyitinin tapılması ilə əlaqədar həyata keçirilən əməliyyat və istintaq tədbirləri ilə R.Qəniyevin direktoru olduğu “Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunmuşdur.R.Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılmışdır.
Gün ərzində törədilmiş 73 cinayətin üstü “isti izlər”lə açılmışdır
03.06.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 73 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Quba şəhər sakini Eldar Hacıyevi qətlə yetirməkdə şübhəli bilinən K.Baxışov tutularaq istintaqa təhvil verilmişdir
Quba Rayon Polis Şöbəsinə iyunun 3-də saat 21 radələrində Çartəpə kəndində şəhər sakini, 59 yaşlı Eldar Hacıyevin öldürülməsi barədə məlumat daxil olmuşdur.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla rayon sakini K.Baxışovun yaşadığı Çartəpə kəndindəki evində münaqişə zəminində E.Hacıyevi bıçaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Əməliyyat tədbirləri nəticəsində K.Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. Faktla bağlı cinayət işi başlanılmışdır.
Quldurluqu etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Həsənov və K.Talıbov müəyyən edilərək saxlanılmışlar
Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə iyunun 3-də Əmircan qəsəbəsinində iki nəfərin Bakı şəhər sakini V.Mehdiyevi döyərək 540 manat pulunu almaları barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Həsənov və əvvəllər məhkum olunmuş K.Talıbov müəyyən edilərək saxlanılmışlar. Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
İyunun 3-də saat 5 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Aqil Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobili qarşıda gedən paytaxt sakini T.Yolçuyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə vurmuşdur. Nəticədə A.Məmmədov hadisə yerində ölmüş, sərnişini isə xəsarətlə xəstəxanaya yerləşdirilmişdir. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bakı şəhər sakini N.Bağırovadan 50 qramdan artıq heroin, 200 qramdan artıq metamfetamin və 1 kiloqramdan çox marixuana aşkar edilərək götürülmüşdür
Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini N.Bağırova saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 50 qramdan artıq heroin, 200 qramdan artıq metamfetamin və 1 kiloqramdan çox marixuana aşkar edilərək götürülmüşdür.
Bakı şəhər sakini A.Əliyevdən 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülmüşdür
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini A.Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülmüşdür.