Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində bir avtomobildən oğurluq törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri H.Rzayev və E.Səfərov saxlanılmışlar
08.06.2022
Səbail RPİ-nin 41-ci Polis Bölməsinə Badamdar qəsəbəsi ərazisində “Opel” markalı bir avtomobildən 8900 manat pul, sənəd, bankomat kartı, gödəkcə və ərzaq məhsullarının oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri, əvvəllər də analoji əmələ görə məhkum olunmuş H.Rzayev və E.Səfərov müəyyən edilərək saxlanılmışlar.Araşdırma aparılır.
Sabunçu rayonunun Nardaran bağlarındakı evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Mirzəyev müəyyən edilərək saxlanılmışdır
Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə iyunun 3-nə keçən gecə Nardaran bağlarındakı evlərin birindən 1000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş İ.Mirzəyev müəyyən edilərək saxlanılmışdır.Polis əməkdaşları tərəfindən onun evinə baxış zamanı oradan şüşə qabda, 4 kiloqram 824 qramdan artıq çəkidə gümüşü rəngli civə aşkar edilərək götürülmüşdür.Araşdırma aparılır.
Sumqayıt şəhər sakini V.Əliyevə məxsus avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən T.Əliyev saxlanılmışdır
Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində V.Əliyevə məxsus “Chevrolet” markalı avtomobildən 400 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş T.Əliyev saxlanılmışdır.
Biləsuvar rayonu ərazisindəki mağazaların birindən pul, transformator və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Y.Abbasov saxlanılmışdır
Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 1627 manat pul, 1 ədəd transformator və 700 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini Y.Abbasov saxlanılmışdır.
Balakən rayonunun Qazbinə kəndində “VAZ-2101” markalı avtomobil ağaca çırpılaraq aşmışdır
İyunun 8-də saat 15 radələrində Balakən rayonunun Qazbinə kəndində rayon sakini Kərim Qaracayev idarə etdiyi “VAZ-2101” markalı avtomobili ağaca vurub aşırmışdır. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gəncə şəhəri ərazisində “KİA” markalı avtomobillə Məhsəti qəsəbə sakini Ş.Namazov vurulmuşdur
İyunun 8-də saat 22 radələrində Gəncə şəhəri ərazisində Gülüstan qəsəbə sakini R.İsmayılov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Məhsəti qəsəbə sakini Şöhrət Namazovu vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən ölmüşdür.Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində törədilmiş 61 cinayətin üstü “isti izlər”lə açılmışdır
07.06.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 61 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Soyğunçuluq etməkdə şübhəli bilinən Şamaxı rayon sakini A.Qədirov saxlanılmışdır
Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə Sulutəpə qəsəbəsi ərazisində bir nəfərin Abşeron rayon sakini F.Əbilovun 85 manatını soyğunçuluq yolu ilə talaması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş A.Qədirov saxlanılmışdır. Araşdırmalarla onun Bakı şəhər sakini R.Eminovun 170 manatını dələduzluq yolu ilə alması da müəyyən edilmişdir. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini Ə.Ağayev müəyyən edilərək saxlanılmışdır
Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə iyunun 2-də M.Rüstəmov küçəsində Bakı şəhər sakini S.Qəhrəmanovun 8330 manat pulunun soyğunçuluq yolu ilə əlindən alınması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Ə.Ağayev müəyyən edilərək saxlanılmışdır.Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Quba sakinləri X.Abbasov və sərnişini N.Səlimov avtomobillə birgə saxlanılmışlar
Quba Rayon Polis Şöbəsinə iyunun 7-də şəhər ərazisindən R.Ağayarova məxsus “BMW” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Quba sakinləri, əvvəllər məhkum olunmuş X.Abbasov və sərnişini N.Səlimov avtomobillə birgə Abşeron rayonu ərazisində saxlanılmışlar.Araşdırma aparılır.