Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 88-nin açılması təmin olunub
07.07.2022
İyulun 7-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 88-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 5-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Şirvan şəhərində bir avtomobildən 6200 manat oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Səməndərli saxlanılıb
Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2020-ci ilin oktyabr ayında Şirvan şəhərində “Hyundai” markalı bir avtomobildən 6200 manat oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səməndərli saxlanılıb.Araşdırma aparılır.
Əcnəbi vətəndaşın 2 mobil telefonunu və cüzdanını oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini F.Abuşov saxlanılıb
Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə iyulun 3-də bir əcnəbi vətəndaşın 2 mobil telefonunun, içərisində üzüyü və sənədi olan cüzdanının oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini F.Abuşov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Sabunçu rayonunun Ramana qəsəbəsində Bərdə rayon sakini G.Qasımovaya qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən İmişli rayon sakini N.Əliyev saxlanılıb
Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə iyulun 6-da Ramana qəsəbəsində Bərdə rayon sakini G.Qasımovanın içərisində pulu olan cüzdanının soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini N.Əliyev müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Xaçmaz rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən pul, tütün məmulatı və spirtli içki oğurlamaqda şübhəli bilinən şəhər sakinləri F.Nurməmmədov və İ.Əliağayev saxlanılıblar. Araşdırma aparılır.
Göygöl rayonunun Azos adlanan ərazisində 3 hektar sahədən yabanı halda bitən 7150 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib
“Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Göygöl RPŞ-nin əməkdaşları tərəfindən Azos adlanan ərazidə 3 hektar sahədən yabanı halda bitən 2 ton 860 kiloqram çəkidə 7150 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Astara rayonunun Sərək kənd sakini H.Əliyevin həyətindən çətənə kolları aşkar olunaraq götürülüb
Astara RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Sərək kənd sakini H.Əliyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 1284 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində “Toyota” markalı avtomobil aşıb
İyulun 7-də saat 16 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində rayon sakini T.İsmayılov idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb və nəticədə sərnişini Sevda Abbasova hadisə yerində ölüb.Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 41-nin açılması təmin olunub
06.07.2022
İyulun 6-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 41-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 6-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Yardımlı rayon sakini G.Məmmədovanı kəsici alətlə xəsarətlər yetirərək öldürməkdə şübhəli bilinən F.Məstiyev tutularaq istintaqa təhvil verilib
Yardımlı Rayon Polis Şöbəsinə iyulun 6-da saat 23 radələrində Ostair kənd sakini Gülxar Məmmədovanın evinin həyətində yerləşən mağazada öldürülməsi barədə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla kənd sakini F.Məstiyevin qeyd edilən tarixdə G.Məmmədovaya məxsus ərzaq mağazasına daxil olub kəsici alətlə xəsarətlər yetirərək onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində F.Məstiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.