Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Avtomobildən 16.000 manat və sənəd oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini R.Dadaşzadə saxlanılıb
09.07.2022
DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 4 il əvvəl şəhər ərazisində “Mercedes” markalı bir avtomobildən 16.000 manat və sənəd oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş R.Dadaşzadə saxlanılıb. Araşdırma aparılır.
Suraxanı qəsəbə sakini Q.Həsənovun evinə baxış zamanı oradan 950 qram marixuana, həyətindən isə kultivasiya yolu ilə yetişdirilən 2 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yeni Suraxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Q.Həsənovun evinə baxış zamanı oradan 950 qram marixuana, həyətindən isə kultivasiya yolu ilə yetişdirilən 2 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Oğurluqda şübhəli bilinən əcnəbi vətəndaş M.Muhammed Ali müəyyən edilərək saxlanılıb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 5-də Bakı şəhər sakini M.Məmmədovun içərisində pulu, sənədi və mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən əcnəbi vətəndaş M.Muhammed Ali müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Kultivasiya yolu ilə yetişdirdirilmiş 375 kiloqram çəkidə 1948 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Nağıoba kəndi ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş N.Kamalovun kultivasiya yolu ilə yetişdirdiyi 375 kiloqram çəkidə 1948 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 9-da saat 7 radələrində Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Həşimov idarə etdiyi “Volkswagen” markalı avtomobillə paytaxt sakini İsmət Hümbətovanı vurub. Nəticəsə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Şəmkir rayonunun Əliyaqublu kənd sakini R.Hidayətovun evinə baxış zamanı ov tüfəngi aşkar olunaraq götürülüb
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əliyaqublu kənd sakini R.Hidayətovun evinə baxış zamanı “TOZ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Yabanı halda bitən 2 ton 870 kiloqram çəkidə 8890 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib
“Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Daşkəsən RPŞ-nin əməkdaşları tərəfindən Astaf kəndi ərazisində 5 hektar sahədən yabanı halda bitən 2 ton 870 kiloqram çəkidə 8890 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Quba rayonunun Digah kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 9-da saat 15 radələrində Quba rayonunun Digah kəndi ərazisində rayon sakini R.Əliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Kamilə Novruzovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Göyçay rayonunun Alıkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 9-da saat 20 radələrində Göyçay rayonunun Alıkənd kəndi ərazisində Bakı şəhər sakini Z.Məmmədli idarə etdiyi “Toyota” markalı avtomobillə velosiped sürən kənd sakini Şamil Mahmudovu vurub. Nəticəsə xəsarətlə xəstəxanaya yerləşdirilən Ş.Mahmudov orada ölüb.Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
08.07.2022
İyulun 8-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 23-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.