DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 43-nün açılması təmin olunub

04.07.2022

İyulun 4-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 43-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 7-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

  • Axtarışda olduğuna görə ümumilikdə 19, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.
  • Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

04.07.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 43-nün açılması təmin olunub 04.07.2022
  • Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini Z.Eyvazov saxlanılıb 04.07.2022
  • Yasamal rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini B.Səmədov saxlanılıb 04.07.2022
  • Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində sərnişin qismində əyləşdiyi avtomobilin sürücüsünə qarşı quldurluq etməkdə şübhəli bilinən V.Əlizadə saxlanılıb 04.07.2022
  • Ağdaş rayon sakini S.Əhmədovdan ov tüfəngi götürülüb 04.07.2022
  • Zəngilan və Ağsu rayonlarının ərazisində yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib 04.07.2022
  • Qazax rayonunun Canallı kənd sakini A.Qocayevin həyətindən marixuana və çətənə kolları aşkar olunaraq götürülüb 04.07.2022
  • Ağcabədi rayonunun Sarıcalı kənd sakini E.Məmmədova məxsus atı tüfənglə öldürməkdə şübhəli bilinən kənd sakini E.Əliyev saxlanılıb 04.07.2022
  • Binəqədi rayonu Novxanı bağlar sahəsində “Lada Priora” və “QAZ-3110” markalı avtomobillər toqquşub 04.07.2022
  • Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində “Ravon” markalı avtomobil yolun kənarında dayanmış “Mercedes” markalı avtomobilə çırpılıb 04.07.2022
  • Nərimanov rayonu ərazisində “Toyota” markalı avtomobillə velosiped sürən paytaxt sakini R.Əlihəsənov vurulub 04.07.2022
  • Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində “Mercedes” markalı avtomobillə kənd sakini H.Musayev vurulub 04.07.2022
  • Sabirabad şəhəri ərazisində “Mercedes” markalı avtomobil yolun kənarındakı işıq dirəyinə çırpılıb 04.07.2022
  • Abşeron rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən motosikletli narkokuryerlər saxlanılıblar 04.07.2022