Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sərxoş vəziyyətdə tüfəngdən atəş açması müəyyən edilmiş Bərdə şəhər sakini V.Abdullayev saxlanılmışdır
05.06.2022
Bərdə Rayon Polis Şöbəsinə Mirzəxan kəndi ərazisində keçirilmiş şənlik zamanı havaya 2 dəfə atəş açılması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini V.Abdullayevin sərxoş vəziyyətdə tüfəngdən atəş açması müəyyən edilərək saxlanılmışdır. Ondan “Sayqa” markalı ov tüfəngi götürülmüşdür.
İsmayıllı rayonunun Hacıhətəmli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyunun 5-də saat 13 radələrində İsmayıllı rayonunun Hacıhətəmli kəndi ərazisində kənd sakini Ata Əliyev idarə etdiyi “MTZ-80” markalı traktoru dərəyə aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, sərnişini isə xəstəxanaya yerləşdirilmişdir. Faktla əlaqədar cinayət işi başlanmışdır. İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Lənkəran şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
İyunun 5-də saat 23 radələrində Lənkəran şəhəri ərazisində Sütəmurdov kənd sakini M.Babayevin idarə etdiyi “Mercedes” və Liman şəhər sakini Cahad Ələkbərovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşmuşdur. Nəticədə C.Ələkbərov və M.Babayevin sərnişini xəstəxanaya yerləşdirilmiş, C.Ələkbərov orada ölmüşdür. Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılmışdır
04.06.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 4-də saat 12 radələrində Masallı rayonu ərazisində Bakı şəhər sakini Nəcəf Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobil saxlanılmışdır. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilmiş və barəsində inzibati protokol tərtib olunaraq Masallı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə N.Məmmədov 5 gün müddətinə inzibati qaydada həbs olunmuşdur.
Nəqliyyat vasitəsini qaçıramaqda şübhəli bilinən Bərdə rayonunun Nifçi kənd sakini R.Tanrıverdiyev avtomobillə birgə saxlanılmışdır
Bərdə Rayon Polis Şöbəsinə iyunun 4-də saat 1 radələrində Nifçi kəndi ərazisindən kənd sakini V.İbrahimova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıramaqda şübhəli bilinən kənd sakini R.Tanrıverdiyev avtomobillə birgə saxlanılmışdır.Bərdə RPŞ-də araşdırma aparılır.
Qaçırdığı avtomobillə qəza törətmiş Şamaxı rayon sakini E.Qarayev hadisə yerində saxlanılmışdır
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 3-də Maştağa qəsəbəsi ərazisindən Bakı şəhər sakini A.Şirinovun “Ravon” markalı avtomobilini qaçıraraq Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Z.Həsənlinin idarə etdiyi “Mercedes” markalı avtomobili vurmuş Şamaxı rayon sakini E.Qarayev hadisə yerində saxlanılmışdır. Z.Həsənliyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.Araşdırma aparılır.
Şəmkir rayon sakini N.Səfərovdan tüfəng və 2 ədəd patron aşkar edilərək götürülmüşdür
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş N.Səfərovdan nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş tüfəng və 2 ədəd patron aşkar edilərək götürülmüşdür.
Gəncə şəhər sakini T.Turabov və Y.Quliyevdən narkotik vasitələr aşkar edilərək götürülmüşdür
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini T.Turabovdan tiryək və marixuana aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Y.Quliyev də müəyyən edilərək saxlanılmış, ondan 13 qramdan artıq marixuana, yaşadığı evə baxış zamanı isə 1 kiloqram 390 qram tiryək götürülmüşdür.
Yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilmişdir
Qazax RPŞ-nin əməkdaşları tərəfindən Daş Salahlı kəndi ərazisində 0,6 hektar ərazidən yabanı halda bitmiş 2875 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən Baş Göynük kəndi ərazisində 1 hektardan artıq sahədə yabanı halda bitmiş 1400 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.