DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Ağcabədi rayonunun Sarıcalı kənd sakini E.Məmmədova məxsus atı tüfənglə öldürməkdə şübhəli bilinən kənd sakini E.Əliyev saxlanılıb

04.07.2022

Ağcabədi Rayon Polis Şöbəsinə iyulun 4-də Sarıcalı kənd sakini E.Məmmədova  məxsus atın kənd ərazisində tüfənglə öldürülməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bu əməli törətməkdə şübhəli bilinən kənd sakini E.Əliyev müəyyən edilərək saxlanılıb. Ondan “Churchil” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.

04.07.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 43-nün açılması təmin olunub 04.07.2022
  • Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini Z.Eyvazov saxlanılıb 04.07.2022
  • Yasamal rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini B.Səmədov saxlanılıb 04.07.2022
  • Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində sərnişin qismində əyləşdiyi avtomobilin sürücüsünə qarşı quldurluq etməkdə şübhəli bilinən V.Əlizadə saxlanılıb 04.07.2022
  • Ağdaş rayon sakini S.Əhmədovdan ov tüfəngi götürülüb 04.07.2022
  • Zəngilan və Ağsu rayonlarının ərazisində yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib 04.07.2022
  • Qazax rayonunun Canallı kənd sakini A.Qocayevin həyətindən marixuana və çətənə kolları aşkar olunaraq götürülüb 04.07.2022
  • Ağcabədi rayonunun Sarıcalı kənd sakini E.Məmmədova məxsus atı tüfənglə öldürməkdə şübhəli bilinən kənd sakini E.Əliyev saxlanılıb 04.07.2022
  • Binəqədi rayonu Novxanı bağlar sahəsində “Lada Priora” və “QAZ-3110” markalı avtomobillər toqquşub 04.07.2022
  • Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində “Ravon” markalı avtomobil yolun kənarında dayanmış “Mercedes” markalı avtomobilə çırpılıb 04.07.2022
  • Nərimanov rayonu ərazisində “Toyota” markalı avtomobillə velosiped sürən paytaxt sakini R.Əlihəsənov vurulub 04.07.2022
  • Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində “Mercedes” markalı avtomobillə kənd sakini H.Musayev vurulub 04.07.2022
  • Sabirabad şəhəri ərazisində “Mercedes” markalı avtomobil yolun kənarındakı işıq dirəyinə çırpılıb 04.07.2022
  • Abşeron rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən motosikletli narkokuryerlər saxlanılıblar 04.07.2022