Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qobustan rayon sakini F.Dəmirovdan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 7 ədəd patron götürülüb
14.07.2022
Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə iyulun 12-də Müşfiqabad qəsəbəsində yaşayan B.Hudamovun evinin divarına ov tüfəngindən 2 dəfə atəş açılması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla bu əməlin B.Hudamovun kürəkəni, Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş F.Dəmirovun xuliqanlıq zəminində törətməsinə əsaslı şübhələr müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində F.Dəmirov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 7 ədəd patron götürülüb. Araşdırma aparılır.
Oğurluq tetməkdə şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov müəyyən edilərək saxlanılıb
Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə rayon ərazisindəki kafelərin birində Bakı şəhər sakini E.Mikayılovun çantasından 7000 manatının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Soyğunçuluqda şübhəli bilinən Beyləqan rayon sakini R.Kazımov saxlanılıb
Nizami RPİ-nin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 11-də Bakı şəhər sakini İ.Hacıyevin içərisində pulu və sənədi olan çantasını soyğunçuluq yolu ilə talamqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş R.Kazımov saxlanılıb. Araşdırma aparılır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini F.Abbasov avtomobillə şəhər ərazisində saxlanılıb
Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə iyulun 13-nə keçən gecə İnşaatçılar qəsəbəsi ərazisindən qəsəbə sakini Z.Zahidliyə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini F.Abbasov avtomobillə şəhər ərazisində saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini F.Pəniyev saxlanılıb
Gəncə ŞBPİ-nin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində “Nissan” markalı bir avtomobildən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Pəniyev saxlanılıb. Araşdırma aparılır.
Bərdə rayonunun Zümürxan kənd sakini F.Hümbətovdan ov tüfəngi götürülüb
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Zümürxan kənd sakini F.Hümbətovdan qanunsuz saxladığı “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar olunaraq götürülüb
Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Arputa kənd sakini Y.Əliyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 26 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İdrisoba kənd sakini E.Çobanovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 34 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Havzava kəndinin meşə ərazisindən kənd sakini A.Fərəcovun kultivasiya yolu ilə yetişdirdiyi 61 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi
İyulun 14-də saat 23 radələrində Gəncə şəhərində şəhər sakini O.Nağıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarında dayanmış Alim Məmmədovu və S.Bağırovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən A.Məmmədov ölüb, S.Bağırovanın vəziyyəti ağırdır.Araşdırma aparılır.
Yevlax rayonunun Nemətabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 14-də saat 23 radələrində Yevlax rayonunun Nemətabad kəndi ərazisində Bakı şəhər sakini A.Cəlilov idarə etdiyi “Nissan” markalı avtomobillə velosiped sürən kənd sakini Paşa Qasımovu vurub və nəticədə velosipedçi hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 56-sınin açılması təmin olunub
13.07.2022
İyulun 13-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 56-nın, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 27-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.