Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində “Priora” markalı avtomobillə şəhər sakini Q.Qurbanov vurulub
11.06.2022
İyunun 11-də saat 22 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində S.Məmmədov idarə etdiyi “Priora” markalı avtomobillə yolu keçən şəhər sakini Qorxmaz Qurbanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Nərimanov rayonunda 4 evdən 113 min manatlıq oğurluq edən və narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar
Paytaxtın Nərimanov rayonunda yerləşən mənzillərdən birindən oğurluq edilib. Zərərçəkən Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək evdən 60.000 manat dəyərində qızıl-zinət əşyalarının və qiyməti 3000 manat olan xəz dərinin oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə Nərimanov rayonunda yaşayan daha 3 sakinin ərizəsi Polis İdarəsində qeydiyyata alınıb. Onlar da evlərindən ümumilikdə 50.000 manata yaxın qızıl-zinət əşyalarının və pul vəsaitlərinin oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətləri etdiyi üçün dəfələrlə məhkum olunmuş Niyaməddin Əliyev saxlanılıb. Onun Yasamal rayonunda yerləşən evinə baxış zamanı oğurladığı qızılların və digər əşyaların bir qismi gizlin saxlanc yerindən aşkar olunaraq maddi sübut kimi götürülüb. Niyaməddin Əliyev izahatında etdiyi oğurluqları etiraf edib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini Turxan Həsənli saxlanılıb. Onun üzərinə və əlindəki bağlamaya baxış zamanı 2 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin, metamfetamin, 320 ədəd satışı qadağan edilən psixotrop tərkibli metadon həbi və narkotiklərin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub. Araşdırma zamanı Turxan Həsənlinin sosial şəbəkədə tanış olduğu xarici ölkələrdən birində yaşayan narkotacirin şirnikləndirici vədlərinə aldanaraq onun narkokuryerlik təklifi ilə razılaşdığı məlum olub. Turxan Həsənli ifadəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib. Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət İşləri başlanılıb. Niyaməddin Əliyev və Turxan Həsənli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Nərimanov Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 54-nün açılması təmin olunub
10.06.2022
İyunun 10-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 54-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 8-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini A.Hüseynov müəyyən edilərək saxlanılıb
Metropolitendə Polis Şöbəsinə iyunun 7-də metronun “28 May” stansiyasında qatarda Bakı şəhər sakini A.Məmmədovanın cibindən mobil telefonunun oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunan A.Hüseynov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Yevlax rayon sakini A.İbrahimlidən 511 qrama yaxın marixuana, 50 qramdan artıq metamfetamin və 54 qrama yaxın heroin aşkar edilərək götürülüb
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yevlax rayon sakini A.İbrahimli saxlanılıb. Şəxsi axtarış zamanı ondan 511 qrama yaxın marixuana, 50 qramdan artıq metamfetamin və 54 qrama yaxın heroin aşkar edilərək götürülüb.
Yabanı halda bitən 1,6 ton çəkidə 1818 ədəd çətənə kolu aşkar edilərək məhv edilib
Qax RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində İngiloy Kötüklü kəndi ərazisində yabanı halda bitən 1,6 ton çəkidə 1818 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Oğurluqda şübhəli bilinən Şamaxı rayon sakini A.Qədirov saxlanılıb
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində “Mercedes” markalı bir avtomobildən şüşəni sındırmaq yolu ilə pul və yaddaş kartı oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş A.Qədirov saxlanılıb.
Şəki rayonunun Horavan kəndində yol-nəqliyyat hadisəsi
İyunun 11-də saat 1 radələrində Şəki rayonunun Horavan kəndində Balakən rayon sakini İbrahim Ağalarov idarə etdiyi “Mercedes” markalı avtomobili ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Almasi müəyyən edilərək saxlanılıb
Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə iyunun 9-da Bakı şəhər sakini N.Eyvazovun bank hesabından 383 manatının oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Almasi müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Şəki rayonunun Horavan kəndində “Mercedes” markalı avtomobil ağaca çırpılıb