Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluqda şübhəli bilinən paytaxt sakini S.Əliyev saxlanılıb
11.07.2022
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 9 mənzildən su sayğacları oğurlamaqda şübhəli bilinən paytaxt sakini S.Əliyev saxlanılıb.
Şabranda baş verən yanğının qarşısının alınmasında polislər yaxından iştirak ediblər
DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun bildirdiyinə görə, dünən saat 17.30 radələrində Şabran rayonunun Ağalıq və Təzəkənd kəndləri arasındakı təxminən 50 hektarlıq biçilmiş taxıl sahəsində yanğın baş verib. Dərhal Şabran Rayon Polis Şöbəsinin şəxsi heyəti həyəcan siqnalı ilə səfərbər edilərək güclü küləyin müşayiəti ilə yanan əraziyə cəlb olunublar. Eyni zamanda Yol Patrul Xidməti Alayının əməkdaşları yanğın baş verən ərazinin yaxınlığından keçən avtomobil yollarının istiqamətini dəyişərək sürücü və sərnişinləri daha təhlükəsiz, alternativ yollara yönləndiriblər.Havanın isti və küləkli, ərazinin isə böyük olması yanğının qarşısını almaqda çətinlik yaradıb. Odur ki, yanğınla mübarizəyə ətraf rayonların – Xaçmaz, Xızı, Quba, Qusar və Siyəzən Polis şöbələrinin də əməkdaşları cəlb olunublar.Yanğın təhlükəsi ilə üz-üzə qalan fərdi evlər və iaşə obyektləri polis əməkdaşları və kənd sakinlərinin birgə tədbirləri ilə yanğından mühafizə olunub.Polis əməkdaşları və mülki əhali arasında xəsarət alan olmayıb.
Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 11-də saat 1 radələrində Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində Cəlilabad rayon sakini K.Zaidov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarı ilə gedən kənd sakini Vəfadar Paşazadəni vurub və nəticədə piyada hadisə yerində ölüb.Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 20-sinin açılması təmin olunub
10.07.2022
İyulun 10-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 20-sinin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 2-sinin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sumqayıt şəhər sakini İsrayıl Culiyevi öldürməkdə şübhəli bilinən E.Pirqurban şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib
Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə iyulun 10-da saat 14 radələrində şəhər sakini İsrayıl Culiyevin ölməsi barədə məlumat daxil olub. Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Sumqayıt sakini, əvvəllər məhkum olunmuş E.Pirqurbanın münaqişə zəminində İ.Culiyevi bıçaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Pirqurban şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.
Saxta əskinasları verməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Sadıqov müəyyən edilərək saxlanılıb
Şirvan Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini R.Cəfərov bir nəfərin ona 7 ədəd 50 dollarlıq əskinas verərək 591 manatını aldığını, sonradan isə həmin əskinasların saxta olmasını aşkar etdiyini bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxta əskinasları verməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Sadıqov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhəri Yaşma bağlar sahəsində yol-nəqliyyat hadisəsi
İyulun 10-da saat 20 radələrində Sumqayıt şəhəri Yaşma bağlar sahəsində Bakı şəhər sakini Ü.Əhmədli idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Şabran rayon sakini Xudabaxış Tacəhmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Şabran rayon sakini İ.İdrisov saxlanılıb
Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Bolotsilayevin 800 ABŞ dolları və 5000 rublunu oğurlamaqda şübhəli bilinən Şabran rayon sakini İ.İdrisov saxlanılıb. Araşdırma aparılır.
Neftçala rayonununn Qaravəlli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 10-da saat 21 radələrində Neftçala rayonununn Qaravəlli kəndi ərazisində rayon sakini Sərxan Əsədli idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü ölüb.Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 51-nin açılması təmin olunub
09.07.2022
İyulun 9-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 51-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 5-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.