Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Tərtər rayonunun Zölgörən kəndi ərazisində yol-nəqliyyat hadisəsi
18.07.2022
İyulun 18-də saat 19 radələrində Tərtər rayonunun Zölgörən kəndi ərazisində rayon sakini N.İmanov idarə etdiyi “VAZ-2106” markalı avtomobili ağaca vurub. Nəticədə sərnişini, əmisi oğlu Hafiz İmanov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 18-də saat 7 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bərdə rayon sakini İ.Cəfərov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Xaliq İsmayılovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 18-də saat 21 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Quliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Xəlilverdi Namazovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 18-də saat 16 radələrində Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində kənd sakini Emin Quliyev idarə etdiyi “KİA” markalı avtomobil aşırıb. Nəticədə sürücü və sərnişini, Bərdə rayon sakini Həsənqulu Qasımov hadisə yerində ölüblər.Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Salyan rayonunun Bəydili kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 18-də saat 22 radələrində Salyan rayonunun Bəydili kəndi ərazisində rayon sakini P.Əliyev idarə etdiyi “MTZ-80” markalı traktorla yolun kənarında dayanan Sarvan kənd sakini Azad Qasımovu vurub. Nəticədə xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qusar rayonunun Şirvanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 18-də saat 22 radələrində Qusar rayonunun Şirvanlı kəndi ərazisində Xaçmaz rayon sakini P.İsgəndərov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən kənd sakini Siracəddin Fəttahovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Salyan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 18-də saat 9 radələrində Salyan şəhəri ərazisində rayon sakinləri S.İsmayılovun idarə etdiyi “Mercedes” və Şəfiralı İbişovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə Ş.İbişov hadisə yerində, sərnişini Məhbubə Bayramova isə xəstəxanada ölüblər. Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində qeydə alınan cinayətlərdən 42-sinin açılması təmin olunub
17.07.2022
İyulun 17-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 42-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 6-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ağcabədi rayonunun Aran kəndi ərazisində Lamiyə Abdullayevanı öldürməkdə şübhəli bilinən qardaşı Laçın rayon sakini B.Xudaverdiyev tutularaq istintaqa təhvil verilib
Ağcabədi Rayon Polis Şöbəsinə iyulun 17-də saat 17 radələrində Aran kəndi ərazisində Lamiyə Abdullayevanın öldürülməsi barədə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan ilkin araşdırmalarla qardaşı, Laçın rayon sakini B.Xudaverdiyevin münaqişə zəminində bıçaqla xəsarətlər yetirərək bacısını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Xudaverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindəki fermaların birində yanğın baş verib
İyulun 17-də saat 19 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindəki fermaların birində yanğın baş verib, nəticədə fermanın yanar konstruksiyaları və orada olan 12.000 ədəd ot bağlaması yanıb. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla kənd sakini P.Əliyevin atasına məxsus fermanı qəsdən yandırmasına əsaslı şübhələr müəyyən edilib. Əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən P.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.