Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində qeydə alınan cinayətlərdən 48-nin açılması təmin olunub
16.07.2022
İyulun 16-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 48-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 2-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sosial şəbəkədə səhifə açaraq digər şəxsləri təhqir etməsini, habelə ona hədə-qorxu gəlib pul tələb etməkdə şübhəli bilinən 19 yaşlı Y.Məmmədov müəyyən edilərək saxlanılıb
Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın qızının şəkillərindən istifadə edən şəxsin sosial şəbəkədə səhifə açaraq digər şəxsləri təhqir etməsini, habelə ona hədə-qorxu gəlib pul tələb etməsini bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 19 yaşlı Y.Məmmədov müəyyən edilərək saxlanılıb. Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Kürdəmir rayon sakinləri Y.Məmmədovdan 40 qram marixuana, R.Məmmədovdan heroin və metamfetamin, avtomobilə baxış zamanı isə elektron tərəzi aşkar olunaraq götürülüb
İyulun 16-da saat 2 radələrində Hacıqabul rayonu ərazisində işıq sistemi nasaz vəziyyətdə olan “Hyundai” markalı avtomobil BDYPİ-nin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb.Polis əməkdaşları tərəfindən sürücü, Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Məmmədovun və sərnişini, həmyerlisi Yaqub Məmmədovun narkotik vasitənin təsiri altında olmaları şübhə doğurduğundan onlar həkim müayinəsinə dəvət ediliblər. Lakin bu zaman onlar tabesizlik göstərib, Y.Məmmədov isə bıçaqla polis əməkdaşlarına xəsarət yetirməyə cəhd edib.Polis əməkdaşlarının çevikliyi ilə Y.Məmmədov tərkisilah edilib. Sürücünün narkotik vasitənin təsiri altında olması müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub. Onlar araşdırma aparılması üçün Hacıqabul Rayon Polis Şöbəsinə təhvil veriliblər. Polis Şöbəsində şəxsi axtarış zamanı Y.Məmmədovdan 40 qram marixuana, R.Məmmədovdan heroin və metamfetamin, avtomobilə baxış zamanı isə elektron tərəzi aşkar olunaraq götürülüb.
Oğurluqda şübhəli bilinən Daşkəsən rayon sakini P.Hüseynova saxlanılıb
Gəncə ŞBPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 12-də şəhər ərazisindəki mağazaların birində Yevlax rayon sakini N.Novruzovanın içərisində pulu, mobil telefonu, kosmetik və geyim əşyaları olan çantasını oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş P.Hüseynova saxlanılıb.Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən olunub.
Astara rayonunun Vaqo kənd sakinləri Ş.Babayevdən və Ə.Babayevdən qanunsuz saxladıqları 2 ədəd ov tüfəngi götürülüb
Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Vaqo kənd sakinləri Ş.Babayevdən və Ə.Babayevdən qanunsuz saxladıqları 2 ədəd “BUM markalı ov tüfəngi götürülüb.
Yabanı halda bitən 2 ton 214 kiloqram çəkidə 4920 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib
Tərtər RPŞ-nin əməkdaşları tərəfindən Xoruzlu kəndi ərazisində 1 hektar sahədən yabanı halda bitən 2 ton 214 kiloqram çəkidə 4920 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Soyğunçuluq etməkdə şübhəli bilinən Şirvan şəhər sakini C.Paşayev müəyyən olunaraq saxlanılıb
Şirvan Şəhər Polis Şöbəsinə şəhər sakini M.Heydərovun bank hesabından 300 manatının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla hadisənin soyğunçuluq yolu ilə törədilməsi müəyyən olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.Əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini C.Paşayev müəyyən olunaraq saxlanılıb.
Ağcabədi rayonunun Sarvanlar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 16-da saat 1 radələrində Ağcabədi rayonunun Sarvanlar kəndi ərazisində rayon sakini C.Zamanov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sərnişinlərindən rayon sakini Fərid Zamanov hadisə yerində ölüb, digər sərnişini isə xəsarətlə xəstəxanaya yerləşdirilib.Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.
Salyan rayonunun Xələc kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 16-da saat 7 radələrində Salyan rayonunun Xələc kəndi ərazisində Füzuli rayon sakini Məhəmməd Baxışovun idarə etdiyi “Ford” və Yardımlı rayon sakini Ş.İmanovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə M.Baxışov hadisə yerində ölüb, Ş.İmanov isə xəstəxanaya yerləşdirilib.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır
Gün ərzində qeydə alınan cinayətlərdən 55-nin açılması təmin olunub
15.07.2022
İyulun 15-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 55-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 7-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.