Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Quldurluq etməkdə şübhəli bilinən Sumqayıt sakinləri H.Hüseynov və M.Nəcəfov müəyyən edilərək saxlanılıblar
13.07.2022
Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə iyulun 13-də 2 nəfərin şəhər sakini R.Quliyevi döyüb içərisində pulu olan cüzdanını və mobil telefonunu talamaları barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakinləri, əvvəllər məhkum olunmuş H.Hüseynov və M.Nəcəfov müəyyən edilərək saxlanılıblar. Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Biləcəri qəsəbə sakini R.Quliyev saxlanılıb
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsi və 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən 2900 manat pul və 1300 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Biləcəri qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Quliyev saxlanılıb. Araşdırma aparılır.
Oğurluq etdiyinə görə tutulan Z.Hüseynovun müxtəlif vaxtlarda daha 14 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən olunub
Sabunçu RPİ 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulan Z.Hüseynovun ətrafında aparılan əməliyyat-istintaq tədbirləri ilə onun müxtəlif vaxtlarda daha 14 evdən ümumilikdə 4630 manat pul, 16800 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən olunub.
Hədə-qorxu gəlib ilə pul tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini Y.Bədəlov saxlanılıb
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir avtomobildən 200 manat oğurlamaqda, Qaraçuxur qəsəbəsində isə qəsəbə sakini Z.Hüseynova hədə-qorxu gəlib ilə pul tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Bədəlov saxlanılıb. Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Q.Dadaşov müəyyən edilərək saxlanılıb
Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə iyulun 9-da H.Z.Tağıyev qəsəbə sakini M.Qarayevin içərisində 310 manatı və bank kartları olan pulqabısının oğurlanması, sonradan isə hesabından 598 manatının çıxarılması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Q.Dadaşov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini X.Mustafayev müəyyən edilərək saxlanılıb
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “Chevrolet” markalı bir avtomobildən 1000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Mustafayev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
50 ədəd su sayğacını oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini N.Quliyev və Tərtər rayon sakini T.Əlizadə müəyyən edilərək saxlanılıblar
Abşeron Rayon Polis İdarəsinə iyulun 7-nə keçən gecə Xırdalan şəhəri ərazisində yerləşən Abşeron Sukanal idarəsinin binasından 50 ədəd su sayğacının oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Xırdalan şəhər sakini N.Quliyev və Tərtər rayon sakini T.Əlizadə müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.
Bərdə şəhər sakini M.Əmiraslanovun yaşadığı evə baxış zamanı oradan avtomat silah, 2 ədəd patron darağı və 53 ədəd patron aşkar olunaraq götürülüb
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əmiraslanovun yaşadığı evə baxış zamanı oradan “AKM” markalı avtomat silah, 2 ədəd patron darağı və 53 ədəd patron aşkar olunaraq götürülüb.
Narkotik vasitə ilə tutulan İ.Şeydayevin evinə baxış zamanı oradan qanunsuz saxladığı 2 ədəd ov tüfəngi və 28 ədəd patron aşkar olunaraq götürülüb
Şabran RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulan İ.Şeydayevin evinə baxış zamanı oradan qanunsuz saxladığı 2 ədəd “TOZ” markalı ov tüfəngi və 28 ədəd patron aşkar olunaraq götürülüb.
Bərdə şəhər sakini R.Bağırovun idarə etdiyi avtomobilə baxış zamanı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar olunaraq götürülüb
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Bağırovun idarə etdiyi “BMW” markalı avtomobilə baxış zamanı oradan “TT” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar olunaraq götürülüb.