Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri D.Ardayev və E.Səlimov müəyyən edilərək saxlanılıblar
17.07.2022
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə rayon ərazisində Bakı şəhər sakini T.Quliyevanın çantasından pul, qızıl boyunbağı, bank kartı və sənədlərinin oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar D.Ardayev və E.Səlimov müəyyən edilərək saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Daşkəsən rayon sakini Z.Həsənov avtomobillə hərəkətdə olarkən saxlanılıb
Gəncə ŞBPİ-nin 4-cü Polis Bölməsinə iyulun 17-də Avtozavod qəsəbə sakini E.İbrahimovun “QAZ-24” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş Z.Həsənov avtomobillə hərəkətdə olarkən saxlanılıb, onun sərxoş vəziyyətdə olması müəyyən olunub.Gəncə ŞBPİ-də araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Tovuz rayon sakinləri P.Kərimov, N.Səmədov, B.Qarayev və A.Əhmədov saxlanılıblar
Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin may-iyul ayları ərzində rayon ərazisindəki 6 evdən ümumilikdə 400 manat pul, 15.000 manat dəyərində qızıl-zinət əşyaları, 400 manat dəyərində elektron saat, qol saatı, 240 manat dəyərində ətir və 1 ədəd otbiçən oğurlamaqda şübhəli bilinən rayon sakinləri P.Kərimov, N.Səmədov, B.Qarayev və A.Əhmədov saxlanılıblar. Araşdırma aparılır.
Axtarışda olan M.Rzayev saxlanılıb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə axtarışda olan M.Rzayev saxlanılıb. Polis əməkdaşları tərəfindən onun qardaşının evində gizlətdiyi heroin, metamfetamin, 1 ədəd bıçaq və 1 ədəd beşbarmaq aşkar olunaraq götürülüb.
3 ton buğdanı oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini E.Əsədov saxlanılıb
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 16-da Zarağan kənd sakini C.Abdullayevin əkin sahəsindən 3 ton buğdanı oğurlamaqda şübhəli bilinən “Shacman” markalı avtomobilin sürücüsü, Beyləqan rayon sakini E.Əsədov saxlanılıb. Araşdırma aparılır.
Yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib
Ağdam RPŞ-nin əməkdaşları tərəfindən Cinli kəndi ərazisində 10 hektar sahədən 1 ton 210 kiloqram çəkidə 1768 ədəd, Xaçındərbənd kəndi ərazisində 5 hektar sahədən isə 848 kiloqram çəkidə 1114 ədəd yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib.
Quba rayonunun Xırt kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 17-də saat 19 radələrində Quba rayonunun Xırt kəndi ərazisində rayon sakini A.İmamverdiyev idarə etdiyi “UAZ” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sərnişini, rayon sakini Məxfurə Qayıbova hadisə yerində ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 17-də saat 11 radələrində Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsi ərazisində qəsəbə sakini S.Tahirov idarə etdiyi “Hyundai” markalı avtomobillə velosiped sürən həmyerlisi Nazim İsayevi vurub və nəticədə velosipedçi hadisə yerində ölüb.Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 17-də saat 19 radələrində Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisində rayon sakini Həmdulla Səlimov idarə etdiyi “Seat” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb. Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 17-də saat 21 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini F.Şahverdiyeva idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən paytaxt sakini Mərdan Mehdiyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.