Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini V.Bədəlov və Ağdaş rayon sakini S.Əliyev müəyyən edilərək saxlanılıblar
20.07.2022
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 4200 manat dəyərində televizor, 6 ədəd radiator, samovar və məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini V.Bədəlov və Ağdaş rayon sakini S.Əliyev müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.
Oğurluq etdiklərinə görə tutulan İ.Ağayevin və N.İmanovun törəkdikləri digər cinayət əmələri müəyyən edilib
Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etdiklərinə görə tutulan İ.Ağayevin və N.İmanovun ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların daha bir evdən 2680 manat dəyərində kombi, kondisioner, 2 ədəd su mühərriki, borular, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində isə Bakı şəhər sakini Ş.Haqverdiyevə məxsus açıq sahədən beton istehsal edən avadanlıqları oğurlamaları da müəyyən edilib.
Kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar olunaraq götürülüb
Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qamışlı kənd sakini, əvvəllər məhkum olunmuş E.Babayevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 13 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Hacıyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 45 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerini tərk etməkdə şübhəli bilinən Beyləqan rayonunun Bünyadlı kənd sakini Q.Məmmədov müəyyən edilərək saxlanılıb
İyulun 21-də saat 1 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Kənan Mehdixanlını vurub və sonra avtomobili aşıraraq hadisə yerini tərk edib. Nəticədə piyada hadisə yerində ölüb.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bünyadlı kənd sakini Q.Məmmədov müəyyən edilərək saxlanılıb. Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bakı şəhər sakini P.Əliyevdən 125 qramdan artıq heroin elektron tərəzi aşkar olunaraq götürülüb
Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini P.Əliyevdən 125 qramdan artıq heroin elektron tərəzi aşkar olunaraq götürülüb.
Yabanı halda bitən 300 kiloqram çəkidə 2000 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib
Qazax RPŞ-nin əməkdaşları tərəfindən Xanlıqlar kəndi ərazisində yabanı halda bitən 300 kiloqram çəkidə 2000 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
1000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən ev sahibinin qızı N.Tartaraşvili müəyyən edilərək saxlanılıb
Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 1000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən ev sahibinin qızı N.Tartaraşvili müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Bərdə rayonunun Əliyanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 20-də saat 19 radələrində Bərdə rayonunun Əliyanlı kəndi ərazisində Əhəd Hacıyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili önündə gedən “Toyota” markalı avtomobilə vurub və qarşıdan gələn “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən Ə.Hacıyevin sərnişini Şəhla Eyvazova orada ölüb. Araşdırma aparılır.
Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 20-də saat 21 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini B.Verdiyev idarə etdiyi “VAZ-21065” markalı avtomobillə yolu keçən şəhər sakini Ramiz Novruzovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Beyləqan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 20-də saat 1 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakini F.Fərzəliyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən həmyerlisi Tural Bağırovu və Füzuli rayon sakini B.Əliyevanı vurub. Nəticədə piyadalar xəsarətlə xəstəxanaya yerləşdirilib, T.Bağırov orada ölüb. Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.