Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Cəlilabad rayon sakini S.Kərimovdan heroin və metamfetamin aşkar edilərək götürülüb
26.06.2022
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Cəlilabad rayon sakini S.Kərimovdan 90 qrama yaxın heroin və 11 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.
Saatlı rayon sakini M.Babayevanın bank hesabından 390 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Səmədov saxlanılıb
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə iyunun 10-da Saatlı rayon sakini M.Babayevanın bank hesabından 390 manatının oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Səmədov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini A.Cumayevin bank hesabından 800 manatını oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini V.Hüseynov saxlanılıb
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə iyunun 22-də Bakı şəhər sakini A.Cumayevin bank hesabından 800 manatının oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş V.Hüseynov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Mingəçevir şəhər sakini M.Gülalıyevə məxsus mopedi soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Şamaxı rayon sakini S.Yusifov saxlanılıb
Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində mayın 6-da Mingəçevir şəhər sakini M.Gülalıyevə məxsus mopedi soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Quşçu kənd sakini S.Yusifov saxlanılıb. Araşdırma aparılır.
Neftçala rayonunda 4 ədəd su mühərriki və 180 metr elektrik naqilini oğurlamaqda şübhəli bilinən rayon sakini E.Sadıqov saxlanılıb
Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Kür çayının sahilində ayrı-ayrı vətəndaşları məxsus 4 ədəd su mühərriki və 180 metr elektrik naqilini oğurlamaqda şübhəli bilinən Aşağı Surra kənd sakini E.Sadıqov saxlanılıb. Araşdırma aparılır.
Astara rayonundakı həyətyanı sahələrin birindən su mühərriki oğurlamaqda şübhəli bilinən Şiyəkəran kənd sakini İ.Səmədov saxlanılıb
Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində həyətyanı sahələrin birindən su mühərriki oğurlamaqda şübhəli bilinən Şiyəkəran kənd sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş İ.Səmədov saxlanılıb. Polis əməkdaşları tərəfindən onun su mühərrikini Təngərüd kənd sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş C.Caniyevə satması müəyyən olunub. Araşdırmalarla C.Caniyevin mayın 22-də Artupa kənd sakini, əvvəllər məhkum olunmuş S.Yusifovu borcu olduğundan yaşadığı evə çağırıb zor tətbiq edərək qollarını kəndirlə bağlayıb 30 dəqiqə zirzəmidə saxlaması və videosunu çəkib borcu qaytarmayacağı təqdirdə yayacağı ilə hədələməsi müəyyən olunub. Polis əməkdaşları C.Caniyevdən heroin, metamfetamin, yaşadığı evə baxış zamanı isə metamfetamin və metadon həbi aşkar edərək götürüblər.
Yevlax şəhər sakini E.Bağırovun həyətindən kultivasiya yolu ilə yetişdirilən çətənə kolları götürülüb
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Bağırovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 20 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Xəzər rayonunun Qala qəsəbəsi ərazisində “VAZ-2106” markalı avtomobillə Xaçmaz rayon sakini R.Zəkiyev vurulub
İyunun 26-da saat 22 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Xaçmaz rayon sakini Rəşad Zəkiyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada ölüb. Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 48-nin açılması təmin olunub
25.06.2022
İyunun 25-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 48-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 4-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sumqayıt şəhər sakini Q.Mehdixanlını iplə boğaraq qəsdən öldürməkdə şübhəli bilinən nəvəsi N.Əliyev tutularaq istintaqa təhvil verilib
Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə iyunun 25-də saat 4 radələrində şəhər sakini Qənirə Mehdixanlının yaşadığı evdə ölməsi barədə məlumat daxil olub.Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan ilkin araşdırmalarla qadının nəvəsi N.Əliyev tərəfindən aralarında yaranmış münaqişə zamanı iplə boğularaq qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində N.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.