Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluq etdiyinə görə tutulan Ş.Əfəndiyevin daha iki evdən qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub
27.07.2022
Qusar RPŞ-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulan Ş.Əfəndiyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha iki evdən ümumilikdə 900 manat pul və 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.
Şəmkir rayonunun Qaracəmirli kənd sakini İ.İsmayılovun həyətindən 13 ədəd və R.Dövlətovun həyətindən 13 ədəd kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar olunaraq götürülüb
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaracəmirli kənd sakini İ.İsmayılovun həyətindən 13 ədəd və şəhər sakini R.Dövlətovun həyətindən 13 ədəd kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar olunaraq götürülüb.
Saatlı şəhər sakini R.Quliyevin həyətinə baxış zamanı oradan tüfəng aşkar olunaraq götürülüb
Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini R.Quliyevin həyətinə baxış zamanı oradan “TOZ-8” markalı tüfəng aşkar olunaraq götürülüb.
Kultivasiya yolu ilə yetişdirilən 26 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Mirzalıbəyli kənd sakini Ş.Yusibovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 26 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Nizami rayonunun Q.Qarayev prospektində yol-nəqliyyat hadisəsi
İyulun 27-də saat 12 radələrində Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini E.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Əminə Mirzəyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada ölüb.Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 27-də saat 21 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində kənd sakini F.Tağıyevin və Qovlar şəhər sakini Rəmzi Əliyevin idarə etdikləri “VAZ-2106” markalı iki avtomobil toqquşub. Nəticədə F.Tağıyevin sərnişinlərindən həyat yoldaşı Rəna hadisə yerində ölüb, özü və 2 sərnişini, eləcə də digər sürücü xəstəxanaya yerləşdiriliblər. Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Cəbrayıl rayon sakinləri Zemfira Hacıyeva yerləşdirildiyi xəstəxanda ölmüşdür
İyulun 26-da saat 21 radələrində Sabunçu rayonu Sabunçu qəsəbəsinin ərazisində Şirvan şəhər sakini K.Allahverdili idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən Cəbrayıl rayon sakinləri Zemfira Hacıyevanı və A.Dadaşovanı vurub. Nəticədə onlar xəstəxanaya yerləşdirilib, Z.Hacıyeva iyulun 27-də orada ölüb. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində qeydə alınan cinayətlərdən 59-nun açılması təmin edilmişdir
26.07.2022
İyulun 26-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 59-nun, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 10-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Tovuz rayonunun İbrahimhacılı kəndində baş vermiş yanğın nəticəsində Y.Quliyevanın və Həqiqət Cabbarovanın yanmış meyitləri tapılıb
İyulun 25-də saat 2 radələrində Tovuz rayonunun İbrahimhacılı kəndində 68 yaşlı Yaqut Quliyevanın yaşadığı evdə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar, habelə yardımçı təsərrüfat yanıb.Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub. Yanğın söndürüldükdən sonra Y.Quliyevanın və orada olan qonşusu 70 yaşlı Həqiqət Cabbarovanın yanmış meyitləri tapılıb. Rayonun polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə evə oğurluq məqsədilə girən kənd sakinləri, əvvəllər məhkum olunmuş E.Bağırovun və Q.Quliyevin qadınları bıçaqla öldürdükdən sonra 65 manat pul, qızıl sırğa və mobil telefon oğurlayıb evi qəsdən yandırmalarına əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bağırov və Q.Quliyev tutularaq istintaqa təhvil veriliblər. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı şəhər sakini, 15 yaşlı S.Mustafayevin ölümü ilə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən N.Hacıyev tutularaq istintaqa təhvil verilib
Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə iyulun 26-da xəsarətlə xəstəxanaya yerləşdirilən Bakı şəhər sakini, 15 yaşlı S.Mustafayevin orada ölməsi barədə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün 16 yaşlı N.Hacıyevin münaqişə zəminində S.Mustafayevin baş nahiyəsinə yumruqla vurması və xəsarətlə xəstəxanaya yerləşdirilən S.Mustafayevin ölməsi müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən N.Hacıyev tutularaq istintaqa təhvil verilib. Faktla əlaqədar cinayət işi başlanılıb.