Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
30.07.2022
İyulun 30-da saat 21 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Qax rayon sakini O.İmamov idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən Umbakı qəsəbə sakini Kərim Alcanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.DİN-nin Baş İstintaq və Təhqiqaqat İdarəsi tərəfindən araşdırma aparılır.
Quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Cavadov saxlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 28-də Bakı şəhər sakini O.Qasımovun mobil telefonunu, içərisində pul və sənədi olan cüzdanını quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Cavadov saxlanılıb. Araşdırma aparılır.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış paytaxt sakini Telman Dünyamalıyev yerləşdirildiyi xəstəxanada ölüb
İyulun 29-da saat 21 radələrində Xətai rayonunun Zığ yolunda Bakı şəhər sakini Y.Quliyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Telman Dünyamalıyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada iyulun 30-da orada ölüb. Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Goranboy rayonunun Goran qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 31-də saat 1 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində Qazax rayon sakini X.Babayevin idarə etdiyi “Mercedes” və Ağcabədi rayon sakini M.Muradovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub. Nəticədə X.Babayevin sərnişinləri olan Bakı şəhər sakini Famil Məmmədli və Sumqayıt şəhər sakini Tamerlan Qasımlı hadisə yerində ölüb, özü və digər iki sərnişin xəstəxanaya yerləşdirilib. DİN-nin Baş İstintaq və Təhqiqaqat İdarəsi tərəfindən araşdırma aparılır.
Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 30-da saat 5 radələrində Xaçmaz şəhəri ərazisində şəhər sakini T.Əhmədov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Köhnə Xaçmaz kənd sakini Rufəddin Məmmədovu vuraraq hadisə yerini tərk edib. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Yevlax rayonunun Xaldan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
iyulun 30-da saat 1 radələrində Yevlax rayonunun Xaldan kəndi ərazisində rayon sakini Tahir Allahverdiyev idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən Z.Nəsibovun idarə etdiyi “T-28” markalı traktora vurduqdan sonra Zaqatala rayon sakini Ə.Ömərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə Tahir Allahverdiyev hadisə yerində ölüb, traktorun sürücüsü isə xəstəxanaya yerləşdirilib.DİN-nin Baş İstintaq və Təhqiqaqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 30-da saat 23 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini C.İbrahimov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Cəlil Cənnətovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilə piyada orada ölüb. Gəncə ŞBPİ-nin 1-ci Polis Şöbəsində araşdırma aparılır.
Quldurluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini M.Əkbərov saxlanılıb
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də S.Ənvərlinin 850 manat pulunu və qol saatını quldurluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini M.Əkbərov saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini S.Məhərrəmov saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də C.Salmanova məxsus yardımçı təsərrüfatdan noutbuk və soba oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məhərrəmov saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində qeydə alınan cinayətlərdən 44-nün açılması təmin edilmişdir
29.07.2022
İyulun 29-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 44-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 5-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.