Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Y.Mahmudlu və N.Məhərrəmov saxlanılıblar
28.07.2022
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsindəki evlərin birindən 4125 manat pul, 2336 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Y.Mahmudlu və N.Məhərrəmov saxlanılıblar. Araşdırma aparılır.
Ağcabədi şəhər sakini T.Əliyevin yaşadığı evə baxış zamanı isə 7 kiloqram 300 qram marixuana aşkar olunaraq götürülüb
Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini T.Əliyevdən 4 qramdan artıq marixuana, yaşadığı evə baxış zamanı isə 7 kiloqram 300 qram marixuana aşkar olunaraq götürülüb.
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 28-də saat 15 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində qəsəbə sakinləri Ümid Əliyevin idarə etdiyi “Mitsubishi” markalı minik və B.Əhmədovun idarə etdiyi “İsuzu” markalı yük avtomobilləri toqquşub. Nəticədə xəsarət alan Ü.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 28-də saat 17 radələrində Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində Quba rayon sakini Zaur Quliyev idarə etdiyi “BMW” markalı avtomobili qarşıda gedən Xaçmaz şəhər sakini Cəlil Güləhmədovun idarə etdiyi “Toyota” markalı avtomobilə vurub və “Toyota” markalı avtomobil əks istiqamətdə hərəkətdə olan Çarxı kənd sakini Q.Aydəmirovun idarə etdiyi “KamAZ” markalı avtomobilə dəyib. Nəticədə C.Güləhmədov hadisə yerində, Z.Quliyev isə xəstəxanada ölüblər. Xaçmaz Rayon Polis öbəsində araşdırma aparılır.
Gün ərzində qeydə alınan cinayətlərdən 48-nin açılması təmin edilmişdir
27.07.2022
İyulun 27-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 48-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 10-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Balakən rayonunun Hənifə kənd sakini E.Abdulrəhmanovaya bıçaqla xəsarət yetirilməkdə şübhəli bilinən E.Layıcov tutularaq istintaqa təhvil verilib
Balakən Rayon Polis Şöbəsinə iyulun 27-də saat 12 radələrində şəhər ərazisində Hənifə kənd sakini E.Abdulrəhmanovaya bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub.Xəstəxanaya yerləşdirilən qadın orada ölüb. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Mahamalar kənd sakini, əvvəllər məhkum olunmuş E.Layıcovun münaqişə zəminində tanışı E.Abdulrəhmanovaya bıçaqla xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Layıcov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Avtomobil qaçırmaqda şübhəli bilinən Goranboy rayon sakini F.Mövlayev saxlanılıb
Gəncə ŞBPİ-nin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da şəhər ərazisindən Goranboy rayon sakini D.Quliyevə məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən həmyerlisi F.Mövlayev saxlanılıb. Araşdırma aparılır.
400 qram marixuana aşkar olunaraq götürülüb
Baş Dövlət Yol Polisi İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əliyevin idarə etdiyi “Daevoo” markalı avtomobil sərnişini, Beyləqan rayon sakini V.Əliyevlə birgə saxlanılıb. Avtomobilə baxış zamanı oradan 400 qram marixuana aşkar olunaraq götürülüb.
Oğurluq etməkdə şübhəli bilinən Cəlilabad rayon sakini V.Əsədov saxlanılıb
Səbail RPİ-nin 41-ci Polis Bölməsinə Şıx qəsəbəsinin dəniz çimərliyində Bakı şəhər sakini Ə.Sadıxovun mobil telefonunun oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş V.Əsədov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda Şıx çimərliyində “Tofaş” markalı bir avtomobildən 150 manat pul və mobil telefon, bir qadının və bir kişinin çantalarından 3 ədəd mobil telefon, həmçinin Şuşa şəhər sakini E.Nərimanlı ilə birgə “Mercedes” markalı bir avtomobildən içərisində 1400 manat, bank kartı və sənəd olan pulqabını oğurlamaları da müəyyən olunub. Əməliyyat tədbirləri ilə E.Nərimanlı da polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Qəsdən adam öldürmədə şübhəli bilindiklərinə görə tutulan E.Bağırovun və Q.Quliyevin digər cinayət əməlləri də müəyyən edilib
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən iyulun 27-də qəsdən adam öldürmədə şübhəli bilindiklərinə görə tutulan E.Bağırovun və Q.Quliyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların İbrahimhacılı kənd sakinləri R.Alıyev, N.Alıyev, A.Tağıyev və N.Alıyevlə birgə iyulun 17-nə keçən gecə Qovlar şəhərində S.Hüseynovun həyətindən 3 baş qoyun, iyulun 18-dən 21-dək olan müddətdə kənd sakini Y.Məmmədovanın həyətindən 2 baş qoyun, bir evdən 276 manat pul və 1000 dəyərində qızıl-zinət əşyaları, digər evdən isə televizor oğurlamaları da müəyyən olunub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Alıyev, N.Alıyev, A.Tağıyev və N.Alıyev saxlanılıblar. Araşdırma aparılır.