Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ucar şəhər sakini B.Rüstəmovun həyətindən 60 ədəd çətənə kolu və 83 qramdan artıq marixuana aşkar olunaraq götürülüb
22.07.2022
Ucar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini B.Rüstəmovun həyətindən 60 ədəd çətənə kolu və 83 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Gün ərzində qeydə alınan cinayətlərdən 49-nun açılması təmin edilmişdir
21.07.2022
İyulun 21-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 49-nun, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 6-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Cəlilabad rayon sakini Könül Şahmarovanı və Uzuntəpə kənd sakini Ruslan Qarayevin bıçaqla qətlə yetirməkdə şübhəli bilinən E.Məmmədov tutularaq istintaqa təhvil verilib
Cəlilabad Rayon Polis Şöbəsinə iyulun 22-də saat 4 radələrində rayon sakini Könül Şahmarovanın yaşadığı evinin həyətində onun və Uzuntəpə kənd sakini Ruslan Qarayevin bıçaqla qətlə yetirilmiş meyitlərinin tapılması barədə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla hadisənin K.Şahmarovanın qaynı, Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.
Quldurluq etməkdə şübhəli bilinən Tərtər rayon sakini İ.Paşayev müəyyən edilərək saxlanılıb
Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə iyulun 20-də saat 1 radələrində Qaraçuxur qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücünün avtomobilində sərnişin qismində olan qadını döyüb quldurluq yolu ilə içərisində 150 manatı olan pulqabısını talaması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Tərtər rayon sakini İ.Paşayev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayon sakinləri O.Cəbrayılova və K.Mirzəyevə bıçaqla xəsarət yetirməəkdə şübhəli bilinən Bakı şəhər sakini R.Rəcəbov müəyyən edilərək saxlanılıb
Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə iyulun 20-də Abşeron rayon sakinləri O.Cəbrayılova və K.Mirzəyevə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla münaqişə zəminində onlara bıçaqla xəsarət yetirən şəxsin “Ford” markalı avtomobillə hadisə yerini tərk etməsi məlum olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Rəcəbov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Quldurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini B.Səfərov saxlanılıb
Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə iyulun 18-də Bakı şəhər sakini E.Novruzovun pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini B.Səfərov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun əvvəllər məhkum olunmuşlar N.Əliyev və V.Musayevlə birgə iyulun 19-da Dərnəgül qəsəbəsi ərazisində Salyan rayon sakini E.İsmayılovu və Bakı şəhər sakini F.İmamverdiyevi bıçaqla hədələyib quldurluq yolu ilə 8300 manatlarını talması da müəyyən olunub.Əməliyyat-axtarış tədbirləri nəticəsində N.Əliyev və V.Musayev də saxlanılıblar.Araşdırma aparılır.
Xaçmaz rayon sakini Ə.Qafarovun kirayədə yaşadığı mənzilə baxış zamanı oradan narkotik vasitələr aşkar edilmişdir
Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xaçmaz rayon sakini Ə.Qafarovun Bakıxanov qəsəbəsi ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı oradan 11 qramdan artıq heroin, 138 qramdan artıq metamfetamin, kokain, marixuana, metilendioksimetamfetamin və 70 ədəd preqabalin həbi aşkar olunaraq götürülüb.
Oğurluqda şübhəli bilinən Ağdaş rayon sakini S.Əliyev müəyyən edilərək saxlanılıb
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirşaqı qəsəbəsindəki evlərin birindən 4900 manat pul, 15.100 manat dəyərində noutbuk, geyim və məişət əşyaları, digər evdən isə 3000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini S.Əliyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Yevlax rayon sakini T.Abdullayev saxlanılıb
Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini S.Hüseynovun cibindən 800 manatını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş T.Abdullayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.
Liman şəhəri ərazisində dəniz kənarından 1 ədəd tank əleyhinə mina tapılıb və zərərsizləşdirilib
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Liman şəhəri ərazisində dəniz kənarından 1 ədəd tank əleyhinə mina tapılıb və DİN Daxili Qoşunlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.