Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şabran şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
23.07.2022
İyulun 23-də saat 1 radələrində Şabran şəhəri ərazisində şəhər sakini A.Qurbanov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə velosiped sürən Sumqayıt şəhər sakini Natiq Qulamovu vurub və nəticədə velosipedçi hadisə yerində ölüb.Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində qeydə alınan cinayətlərdən 51-nin açılması təmin edilmişdir
22.07.2022
İyulun 22-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 51-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 7-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Avtomobili narkotik vasitələrin təsiri altında idarə etməkdə şübhəli bilinən Füzuli rayon sakini Hüseyn Məmmədov saxlanılıb
İyulun 22-də saat 19 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Binəqədi rayonunda yerləşən daimi postunda “BMW” markalı avtomobil yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, Füzuli rayon sakini Hüseyn Məmmədovun narkotik vasitə qəbul etməsi müəyyən edilib. O, polis əməkdaşlarına tabesizlik göstərdiyindən araşdırma aparılması üçün 40-cı Polis Bölməsinə təhvil verilib.
Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 22-də saat 15 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində qəsəbə sakini İdrak Nəsirov idarə etdiyi “Mercedes” markalı avtomobili körpüdən çaya aşırıb və nəticədə suda boğularaq ölüb.Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bərdə rayonunun Cəyirli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 22-də saat 23 radələrində Bərdə rayonunun Cəyirli kəndi ərazisində rayon sakini R.İsmayılzadə idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə yolun kənarında dayanmış 30-35 yaşlı qadını vurub. Nəticədə xəstəxanaya aparılan qadın orada ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini M.Hacıyev saxlanılıb
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 2 avtomobildən pul, sənəd və bank kartı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Hacıyev saxlanılıb. Araşdırma aparılır.
Yabanı halda bitən 615 kiloqram çəkidə 386 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib
Ucar RPŞ-nin əməkdaşları tərəfindən rayonun Məlikballı kəndi ərazisində 60 sot sahədən yabanı halda bitən 615 kiloqram çəkidə 386 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Quldurluq yolu ilə talamaqda şübhəli bilinən Şəmkir rayon sakini M.Qasımov, Kürdəmir rayon sakinləri N.Həşimov və A.Mahmudov müəyyən edilərək saxlanılıblar
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 19-da Bakı şəhər sakini A.İsmayılzadənin mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Şəmkir rayon sakini M.Qasımov, Kürdəmir rayon sakinləri N.Həşimov və A.Mahmudov müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini E.Cahangirov müəyyən edilərək saxlanılıb
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Aşağı Nüvədi kənd sakini E.Cahangirov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Saatlı rayonunun Mollavaizli kənd sakini M.Rüstəmovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mollavaizli kənd sakini M.Rüstəmovdan qanunsuz saxladığı “Toz-63” markalı ov tüfəngi götürülüb.