Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şirvan şəhərində yaşayan Cəmalə Qənbərovanı qətlə yetirməkdə, onun bacısına isə xəsarət yetirməkdə şübhəli bilinən K.Qənbərov tutularaq istintaqa təhvil verilib
29.07.2022
Şirvan Şəhər Polis Şöbəsinə iyulun 29-da saat 1 radələrində şəhər ərazisindəki evlərin birində Cəmalə Qənbərovanın öldürülməsi, bacısına isə xəsarət yetirilməsi barədə məlumat daxil olub. Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla K.Qənbərovun evdə münaqişə zəminində həyat yoldaşına bıçaqla xəsarət yetirərək öldürməsinə, onun bacısına isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Qənbərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.
Gün ərzində qeydə alınan cinayətlərdən 67-sinin açılması təmin edilmişdir
28.07.2022
İyulun 28-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 67-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 8-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 27-də Bakı-Quba yolunun 9-cu kilometrliyində yerləşən daimi postda Ağsu rayon sakini Qəzənfər Kazımovun idarə etdiyi ““BMW” və Abşeron rayon sakini Nicat Məhərrəmovun idarə etdiyi “İsuzu” markalı avtomobillər saxlanılıb. Polis əməkdaşları tərəfindən hər iki sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib. Q.Kazımov barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci, N.Məhərrəmov barəsində isə 327-ci və 333.4-cü maddələri ilə protokollar tərtib olunaraq onlar Binəqədi RPİ-nin 40-ci Polis Bölməsinə təhvil veriliblər. Binəqədi rayon Məhkəməsinin qərarı ilə Q.Kazımov 8 gün müddətinə inzibati həbs, N.Məhərrəmov isə 20 gün müddətinə inzibati həbs və 2 il müddətinə sürücülük hüququndan məhrum edilib.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Quldurluq etməkdə şübhəli bilinən Abşeron rayon sakini K.Quliyev, Sabirabad rayon sakini A.Həsənov və Bərdə rayon sakini S.Kərimova müəyyən edilərək saxlanılıblar
Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə iyulun 26-da saat 23 radələrində Xocəsən qəsəbəsi ərazisində “TOFAŞ” markalı taksidə 3 nəfərin Masallı rayon sakini Ş.Əliyevi bıçaqla hədələyib içərisində pulu və sənədi olan cüzdanını quldurluq yolu ilə talamaları və avtomobildən düşürmələri barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Abşeron rayon sakini K.Quliyev, Sabirabad rayon sakini A.Həsənov və Bərdə rayon sakini S.Kərimova müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Beyləqan rayon sakini N.Paşayev müəyyən edilərək saxlanılıb
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 27-də Q.Cavadovun içərisində pulu, 2 ədəd mobil telefonu və sənədi olan çantasını oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini N.Paşayev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Xaçmaz rayonunun Xanlıqoba kənd sakini F.Nəcəfovu döyməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Xaçmaz Rayon Polis Şöbəsinə iyulun 28-də saat 18 radələrində Xanlıqoba kəndi ərazisində 2 nəfərin xuliqanlıq zəminində kənd sakini F.Nəcəfovu döymələri və tüfəngdən havaya atəş açılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Xanlıqoba kənd sakini Z.Rüstəmov və qardaşı A.Rüstəmov müəyyən edilərək saxlanılıblar. Z.Rüstəmovdan qanunsuz saxladığı nömrəsi silinmiş ov tüfəngi götürülüb.Araşdırma aparılır.
Kultivasiya yolu ilə yetişdirilən 53 ədəd çətənə kolu, yaşadığı evin zirzəmisindən isə 1 kiloqram 635 qram marixuana aşkar olunaraq götürülüb
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Poladtoğay kənd sakini, əvvəllər məhkum olunmuş X.Məmmədovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 53 ədəd çətənə kolu, yaşadığı evin zirzəmisindən isə 1 kiloqram 635 qram marixuana aşkar olunaraq götürülüb.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt sakini A.Allahverdiyev avtomobillə birgə saxlanılıb
Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə iyulun 28-də saat 2 radələrində şəhər sakini N.Məmmədovun “Opel” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş A.Allahverdiyev avtomobillə birgə saxlanılıb. Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Şəmkir rayonunun Keçili kənd sakini İ.Qəhrəmanovdan və Şabran şəhər sakini Ə.Kamilovdan qanunsuz saxladıqları ov tüfəngi götürülüb
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Keçili kənd sakini İ.Qəhrəmanovdan qanunsuz saxladığı “Toz-63” markalı ov tüfəngi götürülüb.Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Ə.Kamilovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb.
Avtomobildən 1400 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Mustafayev saxlanılıb
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 21-də rayon ərazisində “BMW” markalı bir avtomobildən 1400 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Mustafayev saxlanılıb. Araşdırma aparılır.