Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Zaqatala rayon sakini F.Kərimov saxlanılıblar, 8 kiloqramdan artıq marixuana götürülüb
24.07.2022
Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Güllük kənd sakini S.Muradov və Zaqatala rayon sakini F.Kərimov saxlanılıblar. F.Kərimovdan 8 kiloqramdan artıq marixuana götürülüb.
Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Şıxıyev və Ağsu rayon sakini B.Söhbətov müəyyən edilərək saxlanılıblar
Səbail RPİ-nin 9-cu Polis Bölməsinə iyulun 24-də 2 nəfərin A.Saprıkinə zor tətbiq edərək soyğunçuluq yolu ilə mobil telefonunu talaması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şıxıyev və Ağsu rayon sakini B.Söhbətov müəyyən edilərək saxlanılıblar. Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Zaqatala rayon sakini X.Rəcəbovun idarə etdiyi avtomobilə baxış zamanı oradan 405 qram marixuana aşkar olunaraq götürülüb
Qax RPŞ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Zaqatala rayon sakini X.Rəcəbovun idarə etdiyi “VAZ-21011” markalı avtomobilə baxış zamanı oradan 405 qram marixuana aşkar olunaraq götürülüb.
Bərdə şəhər sakini A.Salmanovun evinə baxış zamanı oradan 2 kiloqram 160 qrama yaxın heroin aşkar olunaraq götürülüb
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş A.Salmanovun evinə baxış zamanı oradan 2 kiloqram 160 qrama yaxın heroin aşkar olunaraq götürülüb.
Biləsuvar rayonunun Cəbrayıl qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 24-də saat 1 radələrində Biləsuvar rayonunun Cəbrayıl qəsəbəsi ərazisində Cəlilabad rayon sakini Qadir Qasımov avtomobillə vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada oarada ölüb.Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-2106” markalı avtomobillə törədilməsi müəyyən edilib. Həmin nəqliyyat vasitəsini idarə edən Beyləqan rayon sakini S.Əlizadə saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 57-nin açılması təmin olunub
23.07.2022
İyulun 23-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 57-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 5-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Şəmkir rayonunun Mahmudlu kəndində yaşayan N.Babayev saxlanılıb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-də Mahmudlu kəndində yaşayan R.Nağıyevanın mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş N.Babayev saxlanılıb. Araşdırma aparılır.
Biləsuvar rayonunun Nəsimikənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 23-də saat 23 radələrində Biləsuvar rayonunun Nəsimikənd kəndi ərazisində yolu keçən kənd sakini Fərhad Fərhadov avtomobillə vurulub və o, hadisə yerində ölüb.Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21015” markalı avtomobillə törədilməsi müəyyən edilib. Həmin nəqliyyat vasitəsini idarə edən Cəlilabad rayon sakini E.Qarayev saxlanılıb. Araşdırma aparılır.
Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 23-də saat 11 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakini H.Həsənov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Nəticədə sərnişinlərdən Hindistan vətəndaşları Pervin Shroff və Malhotra Neena hadisə yerində ölüb, sürücü və digər sərnişin isə xəstəxanaya yerləşdiriliblər. Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Siyəzən şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 23-də saat 11 radələrində Siyəzən şəhəri ərazisində Bakı şəhər sakinləri Etibar Əliyevin idarə etdiyi “Ford Transit” və F.Məmmədovun idarə etdiyi “Volvo” markalı avtomobillər toqquşub. Nəticədə E.Əliyev və sərnişini Azad Əliyev hadisə yerində ölüblər.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.