Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
29.07.2022
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən iyulun 28-də Masallı rayonu ərazisində Zəngilan rayon sakini Rauf Hüseynovun idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub. Masallı rayon məhkəməsinin qərarı ilə R.Hüseynov iyulun 29-da inzibati həbs edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Beyləqan rayonunun Bünyadlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 29-da saat 8 radələrində Beyləqan rayonunun Bünyadlı kəndi ərazisində rayon sakinləri R.Əliyevin idarə etdiyi “Ford” və O.Məmmədovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və bir sərnişin xəstəxanaya yerləşdirilib, sərnişin Qasım Quliyev orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 29-da saat 22 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini E.Mehdizadə idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Laçın rayon sakini Xaliq Fehruzlunu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən ölüb. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini X.Mehdiyev saxlanılıb
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin biridən 250 manat pul, 2000 manat dəyərində qızıl-zinət əşyaları, bir həyətdən 400 manat dəyərindən inşaat materialları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Mehdiyev saxlanılıb. Araşdırma aparılır.
6 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini A.Musayev saxlanılıb
Yasamal RPİ 29-cu Polsi Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda 6 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş A.Musayev saxlanılıb. Araşdırma aparılır.
Oğurluğa cəhd göstərən Bakı şəhər sakini A.Rzayev saxlanılıb
Suraxanı RPİ 30-cu Polsi Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 28-də Binə qəsəbəsindəki həyətlərin birindən oğurluğa cəhd göstərən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Rzayev saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun daha 4 evdən ümumilikdə 2850 manat, 1000 ABŞ dolları və 10.800 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.
Salyan rayonunun Parça-Xələc kənd sakini R.Sultanovun evinə baxış zamanı 1 ədəd qoşa lüləli ov tüfəngi aşkar olunaraq götürülüb
Salyan RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz ov etdiyinə görə saxlanılan Parça-Xələc kənd sakini R.Sultanovun evinə baxış zamanı 1 ədəd qoşa lüləli ov tüfəngi aşkar olunaraq götürülüb.
Kultivasiya yolu ilə yetişdirilən 30 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Ş.Umudovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 30 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
İşğaldan azad edilmiş ərazilərdən silah-sursat tapılmışdır
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdən 47 ədəd mina, 2 ədəd qumbaraatan, 1 ədəd pulemyot, 3 ədəd “AK-74” markalı avtomat silah, 1 ədəd “Makarov” markalı tapança, 2318 ədəd patron və 12 ədəd patron darağı tapılıb.
Goranboy rayonunun Əhmədabad kənd sakini N.Cəfərovdan və Bərdə rayonunun Uğurbəyli kənd sakini B.Rüstəmovdan qanunsuz saxladığı ov tüfəngləri götürülüb
Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əhmədabad kənd sakini N.Cəfərovdan qanunsuz saxladığı “TOZ-16” markalı ov tüfəngi götürülüb. Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Uğurbəyli kənd sakini B.Rüstəmovdan qanunsuz saxladığı “BUM” markalı ov tüfəngi götürülüb.