Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Həsənov və V.Vəliyev müəyyən edilərək saxlanılıblar
26.07.2022
Xətai RPİ-nin 36-cı Polis Bölməsinə iyulun 24-də saat 21 radələrində X.Məmmədov küçəsində yerləşən gözəllik salonlarının birinə gələn iki nəfərin çəkiclə oradakı 58.000 manat dəyərində lazer aparatını sındırmaları barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Həsənov və V.Vəliyev müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Gəncə sakini E.Cəfərov saxlanılıb
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cavadxan küçəsindəki fəvvarədən 8 ədəd su təmizləyici başlığı və müxtəlif vaxtlarda 10 evin həyətindən su mühərriklərini oğurlamaqda şübhəli bilinən Gəncə sakini, əvvəllər məhkum olunmuş E.Cəfərov saxlanılıb. Araşdırma aparılır.
Şabran şəhər sakini M.Dadaşovdan narkotik vasitələr aşkar edilərək götürülüb
Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Dadaşovdan marixuana, həyətindən isə kultivasiya yolu ilə yetişdirilən 7 ədəd çətənə kolu və 458 qrama yaxın marixuana aşkar olunaraq götürülüb.
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini E.Atakişiyev saxlanılıb
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində E.Bayramova məxsus “VAZ-21114” markalı avtomobili qaçırmaqda, 600 manat dəyərində maqnitofon və səsgücləndiriciləri oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini E.Atakişiyev saxlanılıb. Araşdırma aparılır.
Kultivasiya yolu ilə yetişdirilən 23 ədəd çətənə kolu və 11 qrama yaxın marixuana aşkar olunaraq götürülüb
Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Zərqova kənd sakini Ü.Güləliyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 23 ədəd çətənə kolu və 11 qrama yaxın marixuana aşkar olunaraq götürülüb.
Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində baş vermiş qəza nəticəsində xəsarət almış 50-55 yaşlı kişi yerləşdirildiyi xəstəxanada ölmüşdür
İyulun 25-də saat 23 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində Mingəçevir şəhər sakini İ.Zeynalov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilən həmin şəxs iyulun 26-da orada ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 26-da saat 16 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini S.Məmmədov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Rəşad Süleymanlını vurub və nəticədə piyada hadisə yerində ölüb.Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Bərdə rayonunun İmamqulubəyli kənd sakini N.Abbasovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İmamqulubəyli kənd sakini N.Abbasovdan qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi götürülüb.
Gün ərzində qeydə alınan cinayətlərdən 51-nin açılması təmin edilmişdir
25.07.2022
İyulun 25-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 51-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 2-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Münaqişəsi zəminində qaynanasına, həyat yoldaşı Ülviyyəyə, baldızı Röyaya və qaynı Elçinə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Quba rayon sakini N.Qədirov tutularaq istintaqa təhvil verilib
Xaçmaz Rayon Polis Şöbəsinə iyulun 25-də saat 23 radələrində Niyazabad kəndində 4 nəfərin xəsarət alması barədə məlumat daxil olub. Araşdırmalarla Quba rayon sakini N.Qədirovun kənd ərazisində yaşayan qayınanası Z.Nuriyevanın evinə gələrək münaqişəsi zəminində ona, həyat yoldaşı Ülviyyəyə, baldızı Röyaya və qaynı Elçinə bıçaqla xəsarət yetirməsi müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Qədirov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.