Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Lənkəran şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
23.07.2022
İyulun 23-də saat 21 radələrində Lənkəran şəhəri ərazisində şəhər sakini Ə.Abbasəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Zöhrə Cəfərovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ağdaş şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 23-də saat 22 radələrində Ağdaş şəhəri ərazisində şəhər sakini A.İsmayılov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən rayon sakini Firdovsi Əsədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 23-də saat 20 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisində rayon sakini V.Allahverdiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Həbib Məmmədovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.
3 ədəd işıqfor dirəyini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Abdullayev saxlanılıb
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 22-də Buzovna qəsəbəsi ərazisində yerləşən “Avtopark” MMC-nin anbarından 3 ədəd işıqfor dirəyini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Abdullayev saxlanılıb. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olması da məlum olub.
Xızı şəhər sakini Ə.Hüseynovun evindən yivsiz ov tüfəngi oğurlamaqda şübhəli bilinən qardaşının oğlu H.Hüseynzadə saxlanılıb
Xızı Rayon Polis Şöbəsinə şəhər sakini Ə.Hüseynovun evindən “İJ-58” markalı yivsiz ov tüfənginin oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qardaşının oğlu H.Hüseynzadə saxlanılıb. Onun həmin evdən “TOZ-17” markalı digər yivli ov tüfəngini oğurlaması da müəyyən olunub. Tüfənglər polis əməkdaşları tərəfindən götürülüb və Ə.Hüseynov da saxlanılıb. Araşdırma aparılır.
Ağdaş rayonunun Güvəkənd kənd sakini Q.Namətovun yaşadığı evin zirzəmisinə baxış zamanı oradan 1 kiloqram 270 qrama yaxın marixuana aşkar olunaraq götürülüb
Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Güvəkənd kənd sakini Q.Namətovun yaşadığı evin zirzəmisinə baxış zamanı oradan 1 kiloqram 270 qrama yaxın marixuana aşkar olunaraq götürülüb.
Kürdəmir şəhər sakini A.Süleymanovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 24 ədəd çətənə kolu və 300 qr marixuana aşkar olunaraq götürülüb
Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini A.Süleymanovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 24 ədəd çətənə kolu və 300 qr marixuana aşkar olunaraq götürülüb.
Hacıqabul şəhər sakini R.Baxşıyevdən 480 qram marixuana götürülüb
Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Baxşıyevdən 480 qram marixuana götürülüb.
Yabanı halda bitən 830 kiloqram çəkidə 1857 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib
Göyçay RPŞ-nin əməkdaşları tərəfindən Ləkçıplaq kəndi ərazisindən yabanı halda bitən 830 kiloqram çəkidə 1857 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Kultivasiya yolu ilə yetişdirilən 45 ədəd çətənə kolu və 3 kiloqram 615 qram marixuana aşkar olunaraq götürülüb
İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini X.Quliyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 45 ədəd çətənə kolu və 3 kiloqram 615 qram marixuana aşkar olunaraq götürülüb.