Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Soyğunçuluq etməkdə şübhəli bilinən Neftçala şəhər sakini A.Əkbərov müəyyən edilərək saxlanılıb
25.07.2022
DİN-in “102” Xidməti Zəng Mərkəzinə iyulun 25-də Bakı Dəmir yolu vağzalının yaxınlığında paytaxt sakini E.Umudova zor tətbiq edən şəxsin içərisində 5500 manat və 10.200 ABŞ dolları olan çantasını soyğunçuluq yolu ilə talayıb qaçması barədə məlumat daxil olub. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Neftçala şəhər sakini A.Əkbərov müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb. Nəqliyyatda Baş Polis İdarəsində araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Laçın rayon sakini S.Həsənov müəyyən edilərək saxlanılıb
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə iyulun 22-də Bakı şəhər sakini R.Rüstəmovun bank hesabından 2000 manatının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Laçın rayon sakini S.Həsənov müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Evlərin birindən 5000 manat dəyərində qızıl-znət əşyaları oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini İ.Süleymanov saxlanılıb
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri qəsəbəsindəki evlərin birindən 5000 manat dəyərində qızıl-znət əşyaları oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İ.Süleymanov saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayon sakini E.Zamanov yaşadığı evə baxış zamanı oradan pnevmatik tapança, 1 ədəd patron darağı və 15 ədəd patron aşkar olunaraq götürülüb
Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini olan bir qadın qızının sosial şəbəkədə tanış olduğu oğlanla getməsini, lakin sonradan yaşadığı evə qayıtmasını, habelə həmin oğlanın qızın onunla getməyəcəyi təqdirdə onları öldürəcəyi və yaşadıqları evi yandıracağı ilə hədələməsini bildirib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini E.Zamanov müəyyən edilərək saxlanılıb. Onun yaşadığı evə baxış zamanı oradan pnevmatik tapança, 1 ədəd patron darağı və 15 ədəd patron aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Hacıyev saxlanılıb
Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə Ə.Haqverdiyev küçəsində yerləşən marketlərdən birinə quraşdırılmış 2 kondisionerin 3400 manat dəyərində mühərrikinin oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hacıyev saxlanılıb. Araşdırma aparılır.
Quldurluqu etməkdə şübhəli bilinən Sumqayıt sakinləri S.Muradov və N.Babayev saxlanılıblar
Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə iyulun 24-də şəhər ərazisindəki kafelərin birində Kotec qəsəbə sakini R.Əhmədovun 450 manatının və mobil telefonunun quldurluq yolu ilə talanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakinləri, əvvəllər məhkum olunmuşlar S.Muradov və N.Babayev saxlanılıblar. Araşdırma aparılır.
Avtomobilə atəş açmaqda şübhəli bilinən Tərtər rayonunun Əksipara kənd sakini R.Ağayev müəyyən edilərək saxlanılıb
Tərtər Rayon Polis Şöbəsinə iyulun 25-də saat 8 radələrində Əksipara kəndi ərazisində rayon sakini N.Hüseynovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə atəş açılması barədə məlumat daxil olub.Avtomobilə qismən ziyan dəyib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində münaqişə zəminində ov tüfəngi ilə həmin avtomobilə atəş açmaqda şübhəli bilinən kənd sakini R.Ağayev müəyyən edilərək saxlanılıb. Ondan “Teksan” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Ağcabədi rayon sakini A.Quliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Laçın RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ağcabədi rayon sakini A.Quliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb.
Xaçmaz rayonunun Ukur-oba kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 25-də saat 18 radələrində Xaçmaz rayonunun Ukur-oba kəndi ərazisində Qusar rayon sakini Asif Hacıyev idarə etdiyi “VAZ-2104” markalı avtomobili ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib. Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Masallı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 25-də saat 23 radələrində Masallı şəhəri ərazisində M.Hacıyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən şəhər sakini Mirzəqulu Quliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.