Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Siyəzən rayonunun Gilgilçay qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
01.08.2022
Avqustun 1-də saat 11 radələrində Siyəzən rayonunun Gilgilçay qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Qladçenko idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə sərnişinləri Anna Dmitriyevna hadisə yerində, Nüşabə Sultanova isə xəstəxanaya yerləşdirildikdən sonra orada ölüb. Sürücü və digər iki sərnişin isə xəstəxanaya yerləşdirilib.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini S.Kərimov avtomobillə birgə saxlanılıb
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə avqustun 1-də Türkan qəsəbəsi ərazisindən qəsəbə sakini A.Cəfərova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Kərimov avtomobillə birgə saxlanılıb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Mikayılov saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində peşə məktəbində təmir işləri aparan şirkətə məxsus inşaat materiallarını və təmir-tikinti alətlərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Mikayılov saxlanılıb.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini S.Həsənov saxlanılıb
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Abdullayevaya məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Həsənov saxlanılıb.
Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Avqustun 1-də saat 21 radələrində Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində rayon sakini Nazim Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib.Neftçala RPŞ tərəfindən araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən paytaxt sakini M.Əbdülov saxlanılıb
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda ayrı-yarı vətəndaşlara məxsus 4 evdən təmir-tikinti alətləri, hamam aksessuarları, soyuducu, elektrik naqili, 2 ədəd pəncərə və 2 ədəd qapı oğurlamaqda şübhəli bilinən paytaxt sakini M.Əbdülov saxlanılıb.
Quldurluq yolu ilə talamaqda şübhəli bilinən Goranboy rayon sakini K.Bulekbayev saxlanılıb
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir nəfəri bıçaqla hədələyib pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Goranboy rayon sakini əvvəllər məhkum olunmuş K.Bulekbayev saxlanılıb.
Gün ərzində qeydə alınan cinayətlərdən 40-nın açılması təmin edilmişdir
31.07.2022
İyulun 31-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 40-nın, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 4-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Oğurluqda şübhəli bilinən Sumqayıt sakini F.Baxşiyev saxlanılıb
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki evlərin birindən məişət əşyaları, təmir-tikinti alətləri və 60 metr naqil, bir evin həyətindən isə 2 ədəd qapı, hamam aksesuarları, 1 ədəd kombi və 6 ədəd radiator oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini F.Baxşiyev saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Xızı rayon sakini R.Novruzov saxlanılıb
Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 500 manat pul, 2000 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən isə 1500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Xızı rayon sakini R.Novruzov saxlanılıb. Araşdırma aparılır.