Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşayan Y.Buniyatovun həyətindən 2 ədəd çətənə kolu və 450 qram marixuana götürülüb
01.07.2022
Suraxanı Rayon Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əmircan qəsəbəsində yaşayan Y.Buniyatovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 2 ədəd çətənə kolu və 450 qram marixuana aşkar olunaraq götürülüb.
Sumqayıt şəhəri ərazisində “Mercedes” markalı bir avtomobildən 1800 manat pul və bank kartı oğurlamaqda şübhəli bilinən şəhər sakini O.Xələfov saxlanılıb
Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə şəhər ərazisində “Mercedes” markalı bir avtomobildən 1800 manat pul və bank kartının oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş O.Xələfov müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.
Sumqayıt şəhər sakini K.Abbasovanın çantasından oğurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə şəhər sakini K.Abbasovanın içərisində 100 manatı, bank kartı, sənədi, 2 ədəd qızıl sırğa və boyunbağısının çantasından oğurlanması barədə müraciət daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakinləri K.Atayev və Y.Musayev müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.
Ağdaş şəhər sakini R.Əliyevin 540 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən Ağdaş sakini M.Səlimov saxlanılıb
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 30-da şəhər sakini R.Əliyevin 540 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən Ağdaş sakini, əvvəllər məhkum olunmuş M.Səlimov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.
Astara şəhər sakini S.İsgəndərovanın bank hesabından 1500 manatını oğurlamaqda şübhəli bilinən S.Kərimova saxlanılıb
Astara Rayon Polis Şöbəsinə şəhər sakini S.İsgəndərovanın bank hesabından 1500 manatının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini S.Kərimova müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Balakən və Tovuz rayonlarının ərazisində yabanı halda bitən çətənə kolları məhv edilib
“Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Balakən RPŞ-nin əməkdaşları tərəfindən Hənifə kəndi ərazisində 80 sot sahədən 2 ton 750 kiloqram çəkidə 4105 ədəd, Tovuz RPŞ-nin əməkdaşları tərəfindən Əyyublu kəndi ərazisində 60 sot sahədən 400 kiloqram çəkidə 2417 ədəd yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib.
Astara rayonunun Ərçivan qəsəbə sakini A.Kərimovun həyətindən çətənə kolları götürülüb
Astara RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Kərimovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 32 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Xəzər rayonunun Mərdəkan qəsəbəsi bağlar yaşayış sahəsindəki evlərin birindən 10.000 avro oğurlamaqda şübhəli bilinən A.Nəsirova saxlanılıb
Xəzər RPİ-nin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 30-da Mərdəkan qəsəbəsi bağlar yaşayış sahəsindəki evlərin birindən 10.000 avro oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini A.Nəsirova müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində “VAZ-2107” markalı avtomobillə “DAF” markalı yük avtomobili toqquşub
İyulun 1-də saat 23 radələrində Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində Samux rayon sakini Orxan Hümbətovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bakı şəhər sakini N.Bayramovun idarə etdiyi “DAF” markalı yük avtomobili toqquşub. Nəticədə O.Hümbətov və 4 sərnişini hadisə yerində, 1 sərnişini isə xəstəxanada ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Xaçmaz şəhəri ərazisində “Mercedes” markalı avtomobil ağaca çırpılıb
İyulun 1-də saat 14 radələrində Xaçmaz şəhəri ərazisində Sumqayıt şəhər sakini Z.Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobili ağaca vurub. Nəticədə sərnişini olan həyat yoldaşı Lalə xəstəxanaya aparılarkən yolda ölüb.Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.