Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində qeydə alınan cinayətlərdən 43-nün açılması təmin edilib
02.08.2022
Avqustun 2-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 43-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 10-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Avqustun 2-də saat 6 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində Bayramlı kənd sakini S.Abbasov idarə etdiyi “VAZ-21064” markalı avtomobillə yolu keçən kənd sakini Nəriman Səfiyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Tovuz RPŞ tərəfindən araşdırma aparılır.
Sabirabad rayonunun Dadaşbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Avqustun 2-də saat 17 radələrində Sabirabad rayonunun Dadaşbəyli kəndi ərazisində Abşeron rayon sakini E.Əliyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili və Salyan rayon sakini S.Məlikovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. Daha sonra E.Əliyev idarəetməni itirdiyindən avtomobili yolun kənarında dayanan Minbaşı kənd sakini E.Məmmədova məxsus “VAZ-2106” markalı avtomobilə vurub. Nəticədə S.Məlikovun sərnişini Salyan rayon sakini Fazil Məhərrəmov hadisə yerində ölüb, özü, digər sürücü E.Məmmədov və onun sərnişini olan iki oğlu xəstəxanaya yerləşdirilib. Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.
Quldurluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini R.Şahverdiyev və Şamaxı rayon sakini M.Nəcəfov saxlanılıblar
Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyulun 28-də Xırdalan şəhəri ərazisində E.Yaqubovun 200 ABŞ dolları və 1200 manat pulunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini R.Şahverdiyev və Şamaxı rayon sakini M.Nəcəfov saxlanılıblar.
Narkotik vasitənin təsiri altında avtomobili idarə etməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Kərimov saxlanılmış və avtomobildən 1 kiloqram 150 qramdan artıq heroin və 400 qram metamfetamin aşkar olunaraq götürülüb
BDYPİ və Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Kərimovun idarə etdiyi “Kia” markalı avtomobil saxlanılıb. Araşdırmalarla sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib. Avtomobilinə baxış zamanı oradan 1 kiloqram 150 qramdan artıq heroin və 400 qram metamfetamin aşkar olunaraq götürülüb.
10000 manat pul tələb etməkdə şübhəli bilinən paytaxt sakini R.Əmirov saxlanılıb
Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Biləcəri qəsəbə sakini A.Dadaşovun video görüntüsünü sosial şəbəkədə yayacağını bildirərək ondan 10000 manat pul tələb etməkdə şübhəli bilinən paytaxt sakini R.Əmirov saxlanılıb.
Oğurluqda şübhəli bilinən Ş.Ağalarov saxlanılıb
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində G.Abbasovanın 5000 manat pulunu oğurlamaqda şübhəli bilinən Ş.Ağalarov saxlanılıb.
Oğurluqda şübhəli bilinən paytaxt sakini O.Aslanov saxlanılıb
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərii nəticəsində rayon ərazisində bir avtomobildən içərisində 472 manat olan pul kisəsi və mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini O.Aslanov saxlanılıb.
Gün ərzində qeydə alınan cinayətlərdən 39-nun açılması təmin edilib
01.08.2022
Avqustun 1-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 39-nun, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 30-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini S.Kərimov avtomobillə birgə saxlanılıb
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə avqustun 1-də Türkan qəsəbəsi ərazisindən qəsəbə sakini A.Cəfərova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Kərimov avtomobillə birgə saxlanılıb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.