Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şamaxı rayonuun Dağ Göylər kəndi ərazisində yol-nəqliyyat hadisəsi
03.08.2022
Avqustun 3-də saat 16 radələrində Şamaxı rayonuun Dağ Göylər kəndi ərazisində Sabirabad rayon sakini İlqar Səfərov idarə etdiyi “Shacman” markalı yük avtomobilini yolun kənarına aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.Şamaxı RPŞ-də araşdırma aparılır.
Lerik rayonunun Günəşli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Avqustun 3-də saat 17 radələrində Lerik rayonunun Günəşli kəndi ərazisində Lənkəran rayon sakini Ruslan Kərimov idarə etdiyi “Mercedes” markalı yük avtomobilini yolun kənarındakı beton maneəyə vurub. Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.Lerik RPŞ-də araşdırma aparılır.
Məişət əşyaları və naqil oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini L.Nərimanov saxlanılıb
Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 6500 manat dəyərində məişət əşyaları və naqil oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunan L.Nərimanov saxlanılıb.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini E.Rəhimov saxlanılıb
Qaradağ RPİ 11-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən televizor və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan E.Rəhimov saxlanılıb.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini T.Cəfərov saxlanılıb
Sabunçu RPİ 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 3 mağazadan pul, 2100 manat dəyərində tütün məmulatı, 3000 manat dəyərində mobil telefonlar və telefon aksessuarları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan T.Cəfərov saxlanılıb.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Z.Hüseynov saxlanılıb
Sabunçu RPİ 15-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki iki ev və bir avtomobildən 450 manat pul, 1300 manat dəyərində televizor, qızıl, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan Z.Hüseynov saxlanılıb.
Seyfdən 46444 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Muradov və Sumqayıt şəhər sakini T.Əfəndiyev saxlanılıb
Nizami RPİ 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yerləşən ofislərin birinin seyfindən 46444 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Muradov və Sumqayıt şəhər sakini T.Əfəndiyev saxlanılıb.
Oğurluqda şübhəli bilinən Abşeron rayon sakini N.Hacıyev saxlanılıb
Abşeron RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il iyulun 24-dən avqustun 1-dək olan müddətdə Mehdiabad qəsəbəsi ərazisindəki istifadə olunmayan obyektlərin birindən 10000 manat dəyərində qapı və pəncərələr oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini N.Hacıyev saxlanılıb.
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri Z.Rzayev və X.Kazımzadə saxlanılıblar
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki evlərin birinin saxlanc yerindən 2355 manat dəyərində 7 ədəd velosiped, avtomobil və velosiped ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Z.Rzayev və X.Kazımzadə saxlanılıblar.
Bakı şəhər sakini E.Novruzovdan 9 kiloqramdan artıq marixuana götürülüb
Nərimanov RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunan E.Novruzov saxlanılıb və ondan 9 kiloqramdan artıq marixuana götürülüb.