Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
3 ədəd əntiq xalça, samovar və qab-qacaq oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Rəhimov saxlanılıb
05.08.2022
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 8000 manat dəyərində 3 ədəd əntiq xalça, samovar və qab-qacaq oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Rəhimov saxlanılıb.
Gün ərzində qeydə alınan cinayətlərdən 59-nun açılması təmin edilmişdir
04.08.2022
Avqustun 4-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 59-nun, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 25-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Soyğunçuluqda şübhəli bilinən Xırdalan şəhər sakini M.Məmmədov saxlanılıb
Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də X.Həsənovaya zor tətbiq edərək soyğunçuluq yolu ilə qızıl boyunbağısını almaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb.
Goranboy rayonunun Yeniyol kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Avqustun 4-də saat 19 radələrində Goranboy rayonunun Yeniyol kəndi ərazisində kənd sakini C.Zeynalov idarə etdiyi “Mercedes” markalı avtomobili ağaca vurub. Nəticədə C.Zeynalovun sərnişini, həmkəndlisi Əli Babayev hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.Goranboy RPŞ tərəfindən araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən paytaxt sakini A.İdrisov saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə müxtəlif vaxtlarda rayon ərazisindəki bir mağaza və üç evdən ümumilikdə 600 manat pul, 500 manat dəyərində televizor və samovar oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.İdrisov saxlanılıb.
Avtomobilin 600 manat dəyərində yan güzgüsünü oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini A.Abbasov saxlanılıb
Nərimanov RPİ 16-cı Polis Bölməsinə avqustun 3-də X.Şuşinski küçəsindən paytaxt sakini X.Ağayevə məxsus “Mercedes” markalı avtomobilin 600 manat dəyərində yan güzgüsünün oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş A.Abbasov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun iyulun 26-da daha bir avtomobilin 450 manat dəyərində yan güzgülərini oğurlaması da müəyyən edilib.
Oğurluqda şübhəli bilinən Binəqədi rayon sakini A.Cəfərzadə saxlanılıb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 21-də rayon ərazisində X.İlyasbəyovanın 1400 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş A.Cəfərzadə saxlanılıb.
4 evdən su mühərrikləri və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini P.Niyazov saxlanılıb
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisindəki 4 evdən su mühərrikləri və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən şəhər sakini P.Niyazov saxlanılıb.
Gün ərzində qeydə alınan cinayətlərdən 60-nın açılması təmin edilib
03.08.2022
Avqustun 3-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 60 -nın, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 28 -nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sabunçu rayonunun Böyükşor qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi