Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt şəhəri 12-ci mikrorayonun ərazisində yol-nəqliyyat hadisəsi
06.08.2022
Avqustun 6-da saat 21 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayonun ərazisində İsmayıllı rayon sakini R.Sadıqov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Rövşən Allahverdiyevi vurub. Nəticədə piyada hadisə yerində ölmüşdür.Sumqayıt ŞPİ-də araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Yevlax rayon sakini M.Bəkirova saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir nəfər qadına məxsus içərisində 5000 manat və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini M.Bəkirova saxlanılıb.
Neftçala rayonunun Xıllı kənd sakini C.Həmzəyevdən narkotik vasitələr götürülmüşdür
Neftçala RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Yenikənd kəndinin ərazisində kultivasiya yolu ilə 110 ədəd çətənə kolu yetişdirməkdə və 42 kiloqram marixuana saxlamaqda şübhəli bilinən Xıllı kənd sakini əvvəllər məhkum olunmuş C.Həmzəyev saxlanılıb.
Bankomat kartından 2000 manat oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini A.Həsənov saxlanılıb
Tovuz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus bankomat kartından 2000 manat oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini əvvəllər məhkum olunmuş A.Həsənov saxlanılıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olan Qəbələ rayonunun Mıxlıqovaq kənd sakini Q.Mehralıyev saxlanılıb
Qəbələ RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olan rayonun Mıxlıqovaq kənd sakini Q.Mehralıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 195 qramdan artıq metamfetamin, 89 qrama yaxın tiryək və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə Q.Mehralıyevin yaşadığı evə baxış zamanı oradan 350 qramdan artıq tiryək, 117 qram marixuana və çətənə kolu aşkarlanaraq götürülüb.
Gün ərzində qeydə alınan cinayətlərdən 54-nün açılması təmin edilib
05.08.2022
Avqustun 5-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 54-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 18-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Beyləqan rayonunun Aşqallar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Avqustun 5-də saat17 radələrində Beyləqan rayonunun Aşqallar kəndi ərazisində kənd sakini S.Nazarovun idarə etdiyi “VAZ-2107” markalı və 1-ci Şahsevən kənd sakini B.Məmmədzadənin idarə etdiyi “Khazar” markalı avtomobillər toqquşub. Nəticədə S.Nazarovun sərnişini Vüsal Nazarov hadisə yerində ölüb, digər sərnişini D.Nazarov və sürücü B.Məmmədzadə isə xəstəxanaya yerləşdirilib.Beyləqan RPŞ-də tərəfindən araşdırma aparılır.
Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsində qəza hadisəsi
Avqustun 5-də saat 12 radələrində Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsində Cəlilabad rayon sakini E.Ağayev idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb. Nəticədə E.Ağayevin sərnişini Azadə Ağayeva hadisə yerində ölüb. Özü və digər sərnişin isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qəbələ rayonunun Savalan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Avqustun 5-də saat 19 radələrində Qəbələ rayonunun Savalan kəndi ərazisində Ağdaş rayon sakini Sadiq Əliyevin və Mingəçevir şəhər sakini E.Cəfərovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə S.Əliyev hadisə yerində ölüb, E.Cəfərov və 3 sərnişini xəstəxanaya yerləşdirilib.Qəbələ RPŞ-də araşdırma aparılır.
Ucar rayonunun Xələc kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Avqustun 5-də saat 21 radələrində Ucar rayonunun Xələc kəndi ərazisində Zərdab rayon sakini T.Qurbanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmkəndlisi Hüseyn İsmayılovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.Ucar RPŞ-də araşdırma aparılır.