Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində qeydə alınan cinayətlərdən 35-nin açılması təmin edilib
07.08.2022
Avqustun 7-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Qaradağ rayonu Sahil qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
Avqustun 7-də saat 7 radələrində Qaradağ rayonu Sahil qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri M.Vəliyev 164 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusu E.Mürşüdovun idarə etdiyi “Hyundai” markalı avtomobilə vurub. Nəticədə E.Mürşüdovun sərnişini Sevinc Mürşüdova hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.Baş İstintaq və Təhqiat İdarəsi tərəfindən araşdırma aparılır.
Abşeron rayonu Müşfiq qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
Avqustun 7-də saat 22 radələrində Abşeron rayonu Müşfiq qəsəbəsinin ərazisində Qobustan rayon sakini A.Nuriyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Pərviz Surxayevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiat İdarəsi tərəfindən araşdırma aparılır.
Goranboy rayonu Borsunlu kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
Avqustun 7-də saat 12 radələrində Goranboy rayonu Borsunlu kəndinin ərazisində Cəlilabad rayon sakini E.Əmiraslanov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Mirzə Kazımovu vurub. Sürücü hadisə yerini tərk etməyə cəhd edərkən yolun kənarında dayanan Bakı şəhər sakini C.Şahbazova məxsus “Mercedes” markalı avtomobili də vurub. Daha sonra avtomobidən düşərək oradan uzaqlaşıb. Nəticədə piyada hadisə yerində ölüb. E.Əmiraslanov isə saxlanılıb. Baş İstintaq və Təhqiat İdarəsi tərəfindən araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri V.Əliyev və T.Səfərov saxlanılıb
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 50000 manat dəyərində qapılar, pəncərələr, elektrik naqili, məhəccər və kafellər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri V.Əliyev və T.Səfərov saxlanılıb.
Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini S.Abbasov saxlanılıb
Səbail RPİ 9-cu Polis Bölməsi və Xaçmaz RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfər qadına məxsus içərisində 1500 manat, bankomat kartları, sənədlər və açar olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini S.Abbasov saxlanılıb.
Xəzər rayonu Qala qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
Avqustun 7-də saat 1 radələrində Xəzər rayonu Qala qəsəbəsinin ərazisində Bakı şəhər sakini V.Əliyev idarə etdiyi “Audi” markalı avtomobillə Şəki rayon sakini Ceyhun İsmayılovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.Xəzər RPİ-də araşdırma aparılır.
Gün ərzində qeydə alınan cinayətlərdən 52-sinın açılması təmin edilib
06.08.2022
Avqustun 6-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Həsənov saxlanılıb
Səbail rayonu 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 6-da Səbail rayonunda yerləşən bağların birində Sumqayıt şəhər sakini olan azyaşlıya zor tətbiq edərək mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Həsənov saxlanılıb. Sabunçu RPİ-də araşdırma aparılır.
Nərimanov rayonu Atatürk prospektində yol-nəqliyyat hadisəsi
Avqustun 6-da saat 17 radələrində Nərimanov rayonu Atatürk prospektində paytaxt sakini A.Bayramov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Səlim Məcidovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Nərimanov RPİ-də araşdırma aparılır.