Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakini X.Babayevin evinə baxış zamanı oradan heroin, metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb
10.08.2022
Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakini əvvəllər məhkum olunmuş X.Babayevin evinə baxış zamanı oradan heroin, metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi şəhər sakini İ.Həsənov saxlanılıb
Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi şəhər sakini əvvəllər məhkum olunmuş İ.Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 10 qram marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə İ.Həsənovun idarə etdiyi avtomobilə baxış zamanı isə oradan 5 kiloqramdan artıq marixuana götürülüb.
Dələduzluq yolu ilə 16000 manat almaqda şübhəli bilinən Bakı şəhər sakini F.Kərimov və Bərdə şəhər sakini O.Həsənov saxlanılıb
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart ayından iyun ayınadək olan müddətdə Lək kənd sakini F.Qədimovudan dələduzluq yolu ilə 16000 manat almaqda şübhəli bilinən Bakı şəhər sakini F.Kərimov və Bərdə şəhər sakini O.Həsənov saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində qeydə alınan cinayətlərdən 51-nin açılması təmin edilib
09.08.2022
Avqustun 9-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Avqustun 9-da saat 22 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində paytaxt sakini Y.Əliyev idarə etdiyi “VAZ-21901” markalı avtomobillə yolu keçən Şahbuz rayon sakini Nəzrin Ələsgərovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb. Sabunçu RPİ-də aparılır.
Oğurluqda şübhəli bilinən paytaxt sakini A.Muradov saxlanılıb
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 19160 manat dəyərində pəncərə, kombi, elektrik naqili və çilçıraq oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Muradov saxlanılıb.
Oğurluqda şübhəli bilinən paytaxt sakinləri Ə.Maşallayev və X.Sadıxova saxlanılıblar
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 14125 manat dəyərində televizor, mobil telefon, noutbuk, planşet, modem, skuter, samovar, tozsoran və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Ə.Maşallayev və X.Sadıxova saxlanılıblar. Şəxsi axtarış zamanı Ə.Maşallayevdən metamfetamin aşkarlanaraq götürülüb.
Gün ərzində qeydə alınan cinayətlərdən 43-nün açılması təmin edilib
08.08.2022
Avqustun 8-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sexlərinin birindən 2000 manat dəyərində diaqnostika aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Mustafayev və E.Vəliyev saxlanılıb
Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən avtomobillərin təmiri sexlərinin birindən 2000 manat dəyərində diaqnostika aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Mustafayev və E.Vəliyev saxlanılıb.Ətraflarında aparılan tədbirlərlə onların Suraxanı rayonu ərazisində istirmara yararsız bir avtomobilin dövlət qeydiyyat nişanını oğurlamaları da müəyyən edilib.
Lənkəran rayonunun Vel kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Avqustun 8-də saat 16 radələrində Lənkəran rayonunun Vel kəndi ərazisində Səpnəkəran kənd sakini Fariz Əliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili daş hasara vurub. Nəticədə sürücü və sərnişini Ruslan Hüseynzadə xəstəxanaya yerləşdirilib və orada ölüblər.Lənkəran ŞRPŞ-də araşdırma aparılır.