Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində elektrovozla kənd sakini R.Vəlibəyov vurulub
08.07.2022
İyulun 9-da saat 1 radələrində Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən dəmir yolu xəttində Bakı şəhər sakini C.Məmmədov idarə etdiyi elektrovozla kənd sakini Rəşad Vəlibəyovu vurub. Nəticədə R.Vəlibəyov hadisə yerində ölüb.Araşdırma aparılır.
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini P.Həsənov saxlanılıb
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 24-nə keçən gecə Biləcəri qəsəbəsi ərazisində “Opel” markalı bir avtomobildən 500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Həsənov saxlanılıb.Araşdırma aparılır.
Sabunçu rayonunun Maştağa qəsəbə sakini R.İsakovun xuliqanlıq zəminində qardaşının həyətinə qumbara atması ilə bağlı cinayət işi başlanılıb
Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə iyulun 8-də saat 1 radələrində Maştağa qəsəbə sakini R.İsakovun xuliqanlıq zəminində qonşuluqda yaşayan qardaşı Rəşadın həyətinə qumbara atması barədə məlumat daxil olub. Partlayış nəticəsində evin pəncərə şüşələri sınıb, divarı zədələnib, yerin beton örtüyü dağılıb, xəsarət alan olmayıb.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsakov saxlanılıb.Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Sabunçu rayonu ərazisində 23 nəfərin evlərindən, həyətyanı sahələrindən və daş sexindən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Hüseynov saxlanılıb
Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin may-iyul ayları ərzində rayon ərazisində 23 nəfərin evlərindən və həyətyanı sahələrindən su çəni, su mühərriki, generator, samovar, kombi, velosiped, elektrik naqili, təmir-tikinti alətləri, inşaat materialları, qızıl-zinət, geyim və məişət əşyaları, habelə daş sexlərinin birindən 3000 manat dəyərində 4 ədəd dəzgah mühərriki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Hüseynov saxlanılıb.
Bakı şəhər sakini R.Nəsirlinin “Audi” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən şəxslər avtomobillə birgə saxlanılıblar
Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini R.Nəsirlinin “Audi” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar – B.Ağayev və T.İsmayılov Əmircan qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıblar.Araşdırma aparılır.
Suraxanı rayonunun Hövsan qəsəbə sakini M.Qasımovun həyətindən çətənə kolları götürülüb
Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Hövsan qəsəbə sakini M.Qasımovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 77 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Ağcabədi rayonunun Hüsülü kənd sakini R.Əliyevin yardımçı təsərrüfatından silah-sursat aşkar edilərək götürülüb
Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hüsülü kənd sakini, əvvəllər məhkum olunmuş R.Əliyevin yardımçı təsərrüfatına baxış zamanı oradan “AK-74” markalı avtomat silah, 105 ədəd patron və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.
Kürdəmir rayonunun Yenikənd kənd sakini H.Səmədzadənin həyətindən çətənə kolları və marixuana götürülüb
Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Yenikənd kənd sakini, əvvəllər məhkum olunmuş H.Səmədzadənin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu və 520 qram marixuana aşkar edilərək götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 88-nin açılması təmin olunub
07.07.2022
İyulun 7-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 88-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 5-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Şirvan şəhərində bir avtomobildən 6200 manat oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Səməndərli saxlanılıb
Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2020-ci ilin oktyabr ayında Şirvan şəhərində “Hyundai” markalı bir avtomobildən 6200 manat oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səməndərli saxlanılıb.Araşdırma aparılır.