Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində qeydə alınan cinayətlərdən 64-nün açılması təmin edilmişdir
12.08.2022
Avqustun 12-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Avqustun 12-də saat 15 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində Vəndam qəsəbə sakini Aslan Şirazovun idarə etdiyi “Chevrolet” markalı və Uludağ kənd sakini T.Rəhimovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən A.Şirazov orada ölübBaş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Avqustun 12-də saat 17 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini K.Hüseynovanın idarə etdiyi “Nissan” markalı avtomobillə Füzuli rayon sakini Qismət Əhmədovun idarə etdiyi moped toqquşub. Nəticədə Q.Əhmədov hadisə yerində ölüb. Sabunçu RPİ-də araşdırma aparılır.
Salyan şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
Avqustun 12-də saat 20 radələrində Salyan şəhərinin ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Tellibəyim Ələkbərova vurulub.Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Keçirilən tədbirlərlə hadisəni törədən “VAZ-2106” markalı avtomobilin sürücüsü şəhər sakini H.Abdullayev müəyyən olunaraq saxlanılıb. Salyan RPŞ-də araşdırma aparılır.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini P.Zeynalovdan 9 kiloqramdan artıq marixuana aşkarl edilərək götürülüb
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini əvvəllər məhkum olunmuş P.Zeynalovdan 9 kiloqramdan artıq marixuana aşkarl edilərək götürülüb.
Gün ərzində qeydə alınan cinayətlərdən 56-sının açılması təmin edilmişdir
11.08.2022
Avqustun 11-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Avqustun 11-də saat 17 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində kənd sakini Nurəddin Əliyevin idarə etdiyi “VAZ-21011” markalı və Füzuli rayon sakini A.Rzaquliyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə N.Əliyev hadisə yerində ölüb.Beyləqan RPŞ-də araşdırma aparılır.
Şirvan şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
Avqustun 11-də saat 19 radələrində Şirvan şəhərinin ərazisində şəhər sakini Emin Həsənov idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb. Şirvan ŞPŞ-də araşdırma aparılır.
Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Avqustun 11-də saat 14 radələrində Göygöl rayonunun Balçılı kəndi ərazisində Gəncə şəhər sakini M.Süleymanov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Elmir Cəfərovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada avqustun 12-də orada ölüb.Göygöl RPŞ-də araşdırma aparılır.