Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İsmayıllı rayonunun Ruşan kəndi ərazisində “VAZ-21011” və “MAN” markalı avtomobillər toqquşub
14.08.2022
Avqustun 14-də saat 13 radələrində İsmayıllı rayonunun Ruşan kəndi ərazisində İsmayıllı kənd sakini Hafiz Əsədovun idarə etdiyi “VAZ-21011” markalı və Ruşan kənd sakini M.Fərhadovun idarə etdiyi “MAN” markalı avtomobil toqquşub. Nəticədə H.Əsədov hadisə yerində ölüb.İsmayıllı RPŞ-də araşdırma aparılır.
X.Bağırova zor tətbiq edib 11000 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Novruzzadə saxlanılıb
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində X.Bağırova zor tətbiq edib 11000 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş A.Novruzzadə saxlanılıb.
Nizami rayonu ərazisindəki evlərin birindən 7 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Məmmədov saxlanılıb
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 13-ü saat 16 radələrində rayon ərazisindəki evlərin birindən 1535 manat dəyərində 7 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş B.Məmmədov saxlanılıb.
Yasamal rayonu ərazisindəki evlərin birindən 5350 manat pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 5350 manat pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini əvvəllər məhkum olunmuş Səddam C.Əlizadə və Zəngilan rayon sakinləri əvvəllər məhkum olunmuş E.Quliyev saxlanılıb.
Biləsuvar rayonu ərazisindəki həyətlərin birindən oğurluq etməkdə şübhəli bilinən Günəşli kənd sakinləri Ə.Qasımov, M.Eynullayev və İ.Eynullayev saxlanılıb
Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki həyətlərin birindən 450 manat dəyərində 2 ədəd su mühərriki, 1 ədəd elektrik generatoru, 20 metr rezin boru və 55 kq dəmir qırıntıları oğurlamaqda şübhəli bilinən Günəşli kənd sakinləri Ə.Qasımov, M.Eynullayev və İ.Eynullayev saxlanılıb.
Xaçmaz rayonunun Qımıl Qışlaq kənd sakini E. Kərimova məxsus həyətyanı sahədən çətənə kolları və 5 kq-dan artıq marixuana aşkarlanaraq götürülüb
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Qımıl Qışlaq kənd sakini E. Kərimova məxsus həyətyanı sahəyə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 189 ədəd çətənə kolu və 5 kq 200 qram marixuana aşkarlanaraq götürülüb.
Ağcabədi şəhər sakini E.Eminovun idarə etdiyi avtomobildən 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlui bilinən Ağcabədi şəhər sakini E.Eminovun idarə etdiyi “VAZ-21099” markalı avtomobilə baxış zamanı oradan 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 62 cinayətin açılması təmin olunub
13.08.2022
Avqustun 13-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bərdə rayonunun Güloğlular kəndi ərazisində “Mercedes” markalı avtomobil kənd ərazisindəki həyətlərdən birinin hasarına çırpılıb
Avqustun 13-də saat 16 radələrində Bərdə rayonunun Güloğlular kəndi ərazisində Bakı şəhər sakini Elşən Ağaəli idarə etdiyi “Mercedes” markalı avtomobili kənd ərazisindəki həyətlərdən birinin hasarına vurub. Nəticədə sürücü hadisə yerində ölüb.Bərdə RPŞ-də araşdırma aparılır.
Xəzər rayonu ərazisindəki mağazalardan birindən 1200 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən R.Fərzullayev saxlanılıb
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazalardan birindən 1200 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Binə qəsəbə sakini R.Fərzullayev saxlanılıb.